Blumberq prezidentlik kampaniyasına yarım milyard dollar xərclədi

Date:

Paylaş:

ABŞ-da Demokrat partiyasından prezidentliyə namizəd, tanınmış siyasətçi və iş adamı Maykl Blumberq (Michael Bloomberg) prezidentlik kampaniyasına 500 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Bu barədə ABŞ-da prezidentliyə namizədlərin reklama ödədikləri pulları hesablayan “Advertising Analytics” şirkəti məlumat yayıb.

“Hazırda, Blumberqin reklam üçün mediaya xərclədiyi ümumi vəsaitin miqdarı – 509 512 884  dollardır”.

Əvvəlcə respublikaçı olan Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Demokrat Partiyasından prezidentliyə namizəd kimi qeydə alınıb.

Qeyd edək ki, onun sərvəti 50 milyard dollardan çoxdur və prezidentlik kampaniyasının xərclərini özü qarşılayır. O, hələ ki, heç bir praymerizdə (Ayova, Nyu-Hempşir və Nevada ştatları) iştirak etməyib. Amma onun 3 martda 14 ştatın sakinlərinin səs verəcəyi praymerizdə iştirakı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...