Əsas səhifə Xəbərlər Xarici xəbərlər Bloomberg varlılar üçün vergiləri artırmağı təklif edib

Bloomberg varlılar üçün vergiləri artırmağı təklif edib

71
Paylaş

Milyarder Michael Bloomberg amerikan şirkətlərinə tətbiq olunan vergi güzəştlərinin aradan qaldırılmasını və sərvətə görə əlavə vergi müəyyən olunmasını təklif edib. Bu barədə CNBC xəbər verir.

Vergi islahatı ilə bağlı bu təklif Bloomberg-in seçkiqabağı kompaiyası çərçivəsində irəli sürülüb.

Seçiləcəyi halda Bloomberg varlılar üçün yeni vergi tətbiq edəcəyinə və illik 5 mln. dollardan artıq gəlirlərin hamsından əlavə 5% tutacağına söz verir. Sahibkarın seçkiqabağı ştab hesablamasına görə, bu ölçülər ABŞ-da bütün vergi ödəyicilərinin 0,1%-də azına aid ediləcək.

Bloomberg korporativ vergini 28%-ə qədər artırmaq təklifini verib. Bundan başqa, rəhbərliyə namizəd, yüksək gəlirli evdarların üzərinə qoyulan vergilərin də 39,6%-ə qədər artırılmasının vacibliyini qeyd edib.

Milyarder varlıların vergilərdən yayınmaması üçün  nəzarət tədbirlərini də gücləndirmək niyyətindədir. Bloomberg ən çox da qanunvericilikdə kapitalın nəsildən-nəsilə ötürülməsində vergilərə qənaət etməyə imkan verən boşluğun aradan qaldırılmasını istəyir.

Sahibkar, təklif  etdiyi ölçü tədbirlərinin on il ərzində amerikan büdcəsinə əlavə 5 trln. dollar qazandıracağına əmindir. Bu pulları Bloomberg infrastrukturanın inkişafına və müxtəlif sosial proqramlara xərcləməyi düşünür.

Bloomberg bildirib ki, onun bu planı sosial bərabərsizliyi aradan qaldırmağa, qanundakı boşluqları doldurmağa, ödənişlərdən yayınma ilə mübarizə aparmağa xidmət edir və ən əsası, plan artıq baş tutub.

Milyarder təklif etdiyi normaların özünə də şamil olunduğunu vurğulayıb və yüksək məbləğdə vergi ödəməyə də hazırdır.

Qeyd edək ki, Bloomberg 2020-ci ildə prezidentlərin yarışına 1 mlrd. dollar xərcləyəcəyini artıq bəyan edib. Sahibkar, ABŞ-ın Demokratlar Partiyasından namizədliyini irəli sürməyəcəyi təqdirdə bu pulları Donald Tramp, Berni Sanders və ya Elizabeth Warren kimi digər namizədlərə dəstəyə xərcləyəcəyinə söz verib.