‘Bloomberg’ saytı Tim Cook’u CEO vəzifəsində əvəz edə bilən şəxsin adını açıqlayıb

Date:

Paylaş:

Apple şirkətinin əməliyyatlar üzrə direktoru Jeff Williams şirkətin CEO-su vəzifəsində Tim Cook-u əvəz edə bilər. Bu cür ehtimalı Bloomberg saytının jurnalisti Mark Gurman irəli sürüb. Bu barədə Macdigger saytı xəbər verib. Jurnalistin fikrincə Jeff Williams Apple şirkətində vacibliyinə görə ikinci şəxsdir və Tim Cook-un vəzifəsinə əsas namizəddir. Şirkət daxilində çalışdığı illər ərzində Jeff Williams özünü sadə, intizamlı və tələbkar lider kimi sərgiləyib.. Bu baxımdan o, Steve Jobs-dan daha çox elə Tim Cook-un özünə bənzəyir.

Öz növbəsində Jeff Williams Apple şirkətinin bütün əməliyyat məhsullarının hazırlanmasına rəhbərlik edir. O, şirkət şöbələrinin inkişaf səviyyələrini qiymətləndirmək üçün hər həftə görüşlər keçirdir. Bloomberg-in jurnalisti qeyd edib ki, şirkətin baş dizayneri Jony Ive-ın yaxın zamanda şirkətdən ayrılacağı və şirkətin idarəetməsinin digər şəxsə ötürülməsi ehtimalı şirkətə mənfi təsir göstərə bilər. Analitiklər düşünürlər ki, Jeff Williams da Tim Cook kimi əməliyyatlar sahəsindən gələn gəlirə fokuslanır. Apple şirkətinə isə ikinci Steve Jobs lazımdır. Bloomberg saytının ehtimallarına baxmayaraq yaxın zamanda Tim Cook-un öz vəzifəsindən ayrılacağına dair heç bir işarə yoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...