Bloomberg “Playrix” oyun şirkətinin Vologda şəhərindən olan yaradıcılarını milyarder adlandırıb

Date:

Paylaş:

Agentlik Bukhmanov qardaşlarının hər birinin vəziyyətini 1,4 milyard dollar qiymətləndirib.

Bloomberg-in məlumtına görə, “Playrix” oyun şirkətinin qurucuları İgor və Dmitry Bukhmanov-lar milyarder olublar. Agentlik onların toplam vəsaitini hər qardaşa 1,4 milyard dollar olmaqla 2,8 milyard dollar qiymətləndirib.

Qardaşlar ilk oyunlarını 2001-ci ildə yaradıblar və bununla onlar ildə 100 dollara yaxın qazanıblar. 2004-cü ildə oyun satışından aylıq gəlir  10 min dollara çatıb. Həmin vaxt Bukhmanov qardaşları “Playrix” şirkətini qeydiyyatdan keçirdilər.

Hal-hazırda “Playrix” smartfonlar və sosial şəbəkələr üçün oyunlar üzərində işləyir. Onların arasında Fishdom və Gardenscapes var. Bu oyunu dünyada 30 milyondan çox istifadəçi oynayır. Şirkət üçün ən iri bazar ABŞ, Çin və Yaponiyadır. Oyun və kiberidman analitikası ilə mşğul olan “NewZoo” şirkəti “Playrix”-in illik gəlirini 1,2 milyard dollar qiymətləndirib, şirkət İOS və Android üçün oyun işləyib hazırlayanların ilk onluğuna daxildir.

“Playrix” oyunlarının böyük hissəsi pulsuz yüklənir və reklamsız olur. Şirkət əsasən oyunçuların daxili alışından qazanır. Dmitry Bukhman-ın Bloomberg-ə verdiyi məlumata görə “Playrix”-in gəlirinin 3%-dən də azı reklama gedir.

2019-cu ilin fevralında  The İnformation qəzeti mənbələrdən əldə etdiyi məlumata əsasən yazıb ki, qardaşlar “Playrix” –in satış imkanını araşdırırlar. Həmsöhbətlər, şirkəti 3 milyard dollar qiymətləndiriblər, potensial alıcılar arasında isə Çinin “iDreamSky Technology Holdings” və “FunPlus Game Co.”-nun adını çəkiblər.

Bloomberg-ə verdikləri məlumatda Bukhman-lar şirkəti satmaq planları barədə fikri danıblar. “Playrix”-in qurucusunun sözlərinə görə, onların məqsədi Şimalda “Activision Blizzard” və “Electronic Art”, həmçinin Çində “NetEase” və “Tencent”-lə rəqabət apara biləcək şirkət qurmaqdır.

         “Üç milyard şirkəti satmağa görə uyğun məbləğ deyil. Kiməsə elə gələ bilər ki, sənin çoxlu    pulun olan kimi hər şey dəyişəcək və daha da maraqlı olacaq. Lakin bu vacib deyil. Biz sadəcə işimizə davam edirik.

             Dmitry Bukhman, Playrix qurucusu

      

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...