“Bloomberg” ilin 50 ən nüfuzlu insanlarının reytinqini dərc edib. Reytinqin liderləri sırasında Jon Stewart, Kylie Jenner, Boris Jordan və Mixail Xaritonov kimi adlarını çəkmək olar.
Agentlik qeyd edir ki, Boris Jordan-ın sahib olduğu “Curaleaf” şirkəti ABŞ-da tibbi marixuananın ən böyük istehsalçısıdır. Əldə edilmiş məlumata görə, dekabrın 4-ü şirkətin kapitallaşması 2,1 milyard dollar təşkil etmişdir.
Reytinqin “Maliyyə” kateqoriyasına “Voleon” hedge fondunun yaradıcıları daxil olub – Mixail Xaritonov və Ian McAuliffe.
“Biznes” kateqoriyasında məşhur Rihanna seçilib. Qeyd edək ki, Rihanna milyarder Bernard Arnault ilə birlikdə brend yaratmış ilk qadındır ( Fenty).
“Texnologiyalar” kateqoriyasına “Zoom” şirkətinin yaradıcısı Erik Jan daxil olub, onun şirkətinin kapitallaşması bir ilə iki qat artmışdır.
Dünya ölkələrini ətraf mühitin qorumağa çağıran Greta Thunberg reytinqin “Siyasət” kateqoriyasına daxil edilib.