Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Blackberry” smartfonlar bazarını tərk edir?

“Blackberry” smartfonlar bazarını tərk edir?

45
Paylaş

Çinin texnikalar istehsalçısı TCL ilə Kanadanın Blackberry brendi əməkdaşlıqlarını dayandırdıqlarını bildiriblər. Avqustun 31-dən etibarən TCL artıq Blackberry smartfonlarının istehsalına və satışına son qoyacaq. Bu barədə TechCrunch “Blackberry”yə istinadən xəbər verir.

TCL, artıq buraxılmış Blackberry modellərinə dəstəyi 2022-ci ilin 31 avqustuna kimi davam etdirəcək. “Blackberry”nin gələcəkdə öz smartfonlarını istehsal edib-etməyəcəyi məlum deyil.

BlackBerry sensor ekranlar meydan gələnə qədər bazarın lideri olub və smartfonlarda öz miniatür QWERTY-klaviaturası ilə yeniliyə imza atıb.

Qeyd edək ki, sözügedən şirkətlər 2016-cı ildən əməkdaşlıq edirlər.