Biznesmen OLMAMAĞIN yolları

Date:

Paylaş:

Mən əminəm ki, bugün çoxlarınız yaxın gələcəkdə öz biznesinizin qurulması barədə düşünürsüz. Təbii ki, biznesə sahib olmaq çox vacibdir: insan maddi və mənəvi cəhətdən sərbəst olur, öz həyatını düzgün planlaya bilir, boş-boş işlərlə məşğul olmur və s. və ilaxir. Bu yazıda mən öz biznesini qurmaq üçün nə etmək lazımdır haqda deyil, “necə etsən heç vaxt biznes sahibi olmayacaqsan?” sualına cavab vermək üçün təcrübəmdə gördüyüm və əmin olduğum məsələlər barədə danışacam.

Beləliklə, insan necə düşünməlidir ki, heç vaxt biznesi olmasın?! Əslində bu sualın cavabları çoxdur, lakin mən bu sualın ən “ölümcül” bildiyim 4 cavabı barədə yazacam! Qalanları Siz xatırlayarsınız məncə.

Birinci yol. Mən hələ cavanam. Bu sözü biznes qurmaq istəyən gənclərin çoxları düşünür. Çox zaman cavan adam hansısa yeni bir biznes ideya ilə valideynlərinə, qohumlara və ya dostlarına müraciət edir. Bəzən son dərəcə parlaq biznes ideyalar valideynlərin (və ya dost, qohumların): “ay bala hələ uşaqsan, sən hələ Universiteti bitir, sonra əsgərliyə get, sonra maqistratura, sonra aspirantura və s. ” deyə cababları ilə məhv olur. Bügün ən böyük milyonçular ilk işlərini məhz gənc yaşlarında qurublar və uğurlu biznes üçün yaş əhəmiyyət kəsb etmir. Biznesmen olmaq yaşdan, təhsildən asılı deyil, bunun üçün sadəcə təşəbbüskar olmaq və buna inanmaq lazımdır.

İkinci yol. Allaha min şükür hər şeyimiz var. Hərdən hansısa biznes qurmaq istədiyiniz zaman “mənim hər şeyim var, mənə biznes nəyə lazımdır?” düşüncəsi insanın ağlına gəlir. “Hər şey” məfhumü təbii ki subyektiv yanaşmadır, lakin həyatda “hər şeyim var” deyə düşünən adamlardan qorxmaq lazımdır… Həyatda heç vaxt hədəfsiz yaşamaq olmaz və insanı ucaldan onun sabaha baxışları və hədəfləridir.

Üçüncü yol. Adamın olmasa heç bir iş qura bilməzsən. Bügün Azərbaycanda ən aktual (təəssüf ki) biznes qurmaq maneyəsidir və məsələ burasındadır ki bu sadəcə psixoloji bir baryerdir. İş qurmaq istəyən, öz biznesini (söhbət xırda biznesdən gedir) qurmaq üçün bügün Azərbaycanda çox saylı boşluqlar var. Ən azından xidmət, ticarət və onlayn (internet) sektorlarda uğurlu iş qurmaq mümkündür. Bu psixoloqiya ilə düşünən adamlar ölkədə istənilən dəyişikliklər baş verdiyi halda iş sahibi ola bilməyəcək. Çox qorxulu tendensiyadır…

Dördüncü yol. Əşşi iş qurmaq üçün gərək pul olsun. Əlbəttə iş qurmaq üçün pul lazımdır, lakin nə qədər pul və ya sadəcə pulla biznes sahibi olmaq mümkündürmü? Qətiyyən yox! Uğurlu biznesmenlərin ilkin kapital toplama prosesini təhlil edin və görəcəksiniz ki, heç bir bügünki milyonçunun ilkin kapitalı kifayət qədər olmayıb! Ola da bilməz, biznes qurmağın 3 şərti var və burada pul bu şərtlərin çox cüzi bir hissəsidir. Təkrar edirəm biznesmen olmaq üçün pul yox, təşəbbüskarlıq və iradə lazımdır, uğurlu biznes qurmaq üçün isə pul (kapital) deyil, bazar və ideya olmalıdır.

Sonda bir söz də deyim, biznesmen olmamaq üçün bir şərt də var: böyük bizneslərdən başlamaq, yəni ömründə bir 10 kv.m. yerdə satış etməyən adamın ticarət mərkəzi tikmə arzusu… çox təhlükəlidir)))

İlkin Manafov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...