Biznesini inkişaf etdirmək istəyən gənc sahibkarlar üçün “BBF-lə Startup” layihəsi

Date:

Paylaş:

“Baku Business Factory” (BBF) öz biznesini inkişaf etdirmək istəyən gənc sahibkarlar üçün yeni “BBF-lə Startup” mentorluq layihəsinə start verir. 

Layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyətində uğur qazanmasında köməklik edərək ölkədəki biznes mühitinin inkişafına dəstək verməkdir.

“Məlum olduğu kimi, yeni biznesə başlamaq və onu dayanıqlılıq mərhələsinə gətirmək kifayət qədər həyəcanverici və bir o qədər də çətin prosesdir. Bunun üçün bir çox leqal və texniki əməliyyat tələblərinin yerinə yetirilməsi, marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi, biznes vasitələrindən effektiv istifadə kimi bir çox strateji və taktiki biliklər tələb olunur. “Baku Business Factory” (BBF) da bunları nəzərə alaraq biznes dünyasına ilk addımlarını atan gənc sahibkarlar üçün yeni fürsət təqdim edir”, – BBF-dən bildirilib.

Məlumatda qeyd olunub ki, gənclər layihə müddətində biznesdə uğur qazanmaq üçün vacib olan nəzəri, praktiki bilik və bacarıqları mənimsəyəcəklər: “Layihə zamanı gənc sahibkarlara keçiriləcək təlimlər biznesi gəlirli mərhləyə gətirmək üçün ən vacib olan mövzularda Azərbaycanda öz sahəsi üzrə seçilən mütəxəssislər tərəfindən keçiriləcək. Təlimlər bu modullar üzərində təşkil olunacaq: “Effektiv biznes modeli”, “Hüquq və maliyyə”, “Satış və marketinq”, “Rəqəmsal marketinq”, “Zamanın idarə olunması”, “Netvorkinq və təqdimat bacarıqları”. Layihənin sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək”.

“Biznesini inkişaf etdirmək üçün bu fürsətdən yararlanmaq istəyənlər 30 sentyabradək [email protected] elektron poçt ünvanına özü və layihəsi haqqında qısa məlumat göndərməlidir. Seçilən namizədlərə telefon vasitəsi ilə məlumat veriləcək”, – BBF-də vurğulanıb.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...