“Biznesin əlverişliliyini artırmaq üçün əlavə tədbirlər planı təsdiq edilib”

Date:

Paylaş:

“Azərbaycanda biznes mühitinin əlverişliliyini daha da artırmaq üçün əlavə tədbirlər planı təsdiq edilib”.

Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) 2017-2018-ci illər üzrə rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutub. S.Həsənova qeyd edib ki, “Doing Bussines” hesabatında 8 pillə yüksəlib.

X
by DNSUnlocker

Nazir müavini vurğulayıb ki,  biznes mühitinin əlverişliliyini daha da artırmaq üçün təsdiqlənən tədbirlər planı Azərbaycanın beynəlxalq reytinqinin daha da yüksəlməsinə səbəb olacaq.

 

© APA

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...