Əsas səhifə Biznes Biznes məqalələri Biznesinə sıfırdan başlamış sahibkarlar

Biznesinə sıfırdan başlamış sahibkarlar

303

Biz biznesini sıfırdan qurmuş və adi insanların gözündə qeyri-real görünən yüksəkliklərə çatmış insanlar haqqında oxumağı sevirik. Lakin onların hekayələri müvəffəqiyyətə çatmaq üçün əziyyətlə pul yığan sahibkarların hekayələri ilə müqayisə oluna bilməz. Bir qayda olaraq, onlar yeni bir sahəni seçirlər. 

İndi təsəvvür edin bunu kapital, maliyyələşdirmə, bəzən heç təhsil belə olmadan bacaran sahibkarların müvəffəqiyyət yolu necə olub. Onlar bunu necə bacardılar? Niyə biz də onlar kimi edə bilmirik? Təcrübəsiz sahibkarlar onlardan nə öyrənə bilərlər?

John Paul DeJoria sadə insan kimi başlamışdır

John Paul DeJoria
John Paul DeJoria

Düzdür, milyarder John Paul DeJoria o qədərdə məşhur deyil (məsələn, Steve Jobs və ya Elon Musk kimi). Buna baxmayaraq, o, sahibkarlıq və biznesin idarə edilməsində irəliləyişə nail olmuş insanlardan biridir. Qeyd edək ki, biznesmen karyerasının başlanğıc mərhələsində qəzet, yük maşını sürücüsü və süpürgəçi kimi işləyib. Daha sonra DeJoria saç baxımı şirkətində işə başlayaraq orada Paul Mitchell ilə tanış olur. 

Onun cibində cəmi 700 dollar pul var idi, lakin buna baxmayaraq onlar bu gün “John Paul Mitchell Systems” kimi tanınan konqlomerat qura bildilər. Bir qədər sonra DeJoria “Patron Spirits” və “House of Blues chain” in əməkdaşlıq etməyə başladı. Bu gün milyarderin sərvəti 3,1 milyard dollar dəyərində qiymətləndirilir. 

Kevin Plank və qalib gəlmək istəyi

Kevin Plank
Kevin Plank

Kevin Plank “Under Armour” şirkətinin baş direktorudur. İlk başlarda milyarder bu brendin geyimlərinin satışından əldə etdiyi pulu götürüb (təxminən 20 min dollar) 40 min dollar kredit götürmək üçün banka kredit üçün müraciət etdi. 

Həmin ərəfələrdə Kevin bir neçə uğurlu əməkdaşlıq münasibətlərini qurdu. Bu gün “Under Armour” pərakəndə satışlardan ildə 2 milyard dollardan çox qazanc götürür. Şirkətdə 5 900 çox işçi çalışır. 

Yan Kum və kompüterlərə olan sevgi

Yan Kum
Yan Kum

“WhatsApp” ın yaradıcısı olan Yan Kum, Kiyev şəhərinin yaxınlısında yerləşən kənddə anadan olub. Ailəsi Kaliforniyaya köçəndən sonra Yan kompüterlərlə maraqlanmağa başlayır. Həmin dövrdə onun 18 yaşı var idi və 1997-ci ildə “Yahoo!” da infrastruktura üzrə mühəndis kimi çalışmağa başlayır. 

O, bu sahədə onilliklərlə işlədikdən sonra 2009-cu ildə məşhur “WhatsApp Inc.” messencerini yaradır. “Facebook” messenceri 19 milyard dollara satın alıb. 

Sam Walton

Sam Walton
Sam Walton

Bu gün “Walmart” şirkətini tanımayan insan yoxdur, onun mağazalarına dünyanın hər nöqtəsində rast gəlmək olar. Əslində, Sam-ın bu günki şəbəkə ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. İlk universal mağaza 1945-ci ildə yaradılmışdır. 

Həmin illərdə Sam Walton 25 000 dollar borc götürərək biznesə başladı. İlk “Walmart” rəsmi olaraq 1962-ci ildə Rodcersidə açılmışdı. 1976-cı ildə şəbəkə 176 milyon dollar dəyərində qiymətləndirilirdi. 

George Soros və qazanmağa hazır olmaq

George Soros
George Soros

Yeniyetmə dövründə olarkən Soros macarlardan qaçaraq 1947-ci ildə İngiltərəyə köç edib. Pul olmasa da, milyarder London məktəbinə qəbul ola bilmişdir. Daha sonra George Soros ABŞ-a köçür və 1950-ci illərdə bir sıra iri şirkətlərin investisiya menecerinə çevrilir. Sonda biznesmen öz hedge fondunu yaradır. 

Əsas dərslər: qənaət, öhdəliklər və uzaqgörənlik

Niyə biz bu hekayələrdən dərs götürə bilmirik?

Əgər kifayət qədər cəsarətli ola və ideyanıza tam olaraq bahis edə bilmirsinizsə, özünüzə düşünmək üçün vaxt verin. Bəzən borc pul çox dəyərli alət ola bilər. 

Özünüzə sərmayə edin. Siz nəyəsə sərmayə etməzdən əvvəl özünüzə sərmayə etməlisiniz. Təhsilinizi, bacarıqlarınızı və təcrübənizi inkişaf elətdirin. Özünüzə sərmayə etməsəniz, biznes qura bilməyəcəksiniz. 

Gələcəyə baxın. Bu sahibkarlar artıq mövcud olan bazara daxil olmayıblar. Onlar yeni bazar yaradıblar. Gələcəyə istiqamətlənmiş strategiyalar hər zaman qalib olur. 

Rəy bildir

Please enter your comment!
Please enter your name here