Ola bilsin ki, yenicə biznesinizi qurmusunuz, kiçik mağaza və ya kafe açmısınız. İstənilən halda, sizin məqsədiniz reklam işində müflis olmadan, istehlakçı və ya müştəriləri mümkün qədər tez cəlb etməkdir. Bu məqalədə sizi biznesin inkişafı üçün elə də böyük sərmayə tələb etməyən mövcud ən yaxşı marketinq startegiyaları ilə tanış edəcəyik.
1. Məqsəd və büdcəni müəyyənləşdirin
İlk öncə biznesinizin məqsədini formalaşdırmalı daha sonra büdcənizi planlaşdırmalısınız. Özünüzə “Mən nə istəyirəm?”, sualını verin. Sizə daha vacib olanı müəyyən etmək lazımdır: Beynəlxalq bazara çıxmaq və ya yerli bazarda böyük pay sahibi olmaq, konversiya göstəricilərini artırmaq, ya da brendinizi məhşurlaşdırmaq və s.
Asan variantlar:
- “Mint”dən (distribüter sistemi) istifadə edin, onun əla interfeysi var. Sistem sizə biznesinizi və pullarınızı səmərəli idarə etməyə kömək edəcək.
- Prioritet məqsədlərinizi müəyyən edin. Bu dəqiqə üçün sizə nə lazımdır, yaxın gələcək üçün hansı nailiyyətləri əldə etmək istəyirsiniz?
2. Reklama pul xərcləyin
Pul qazanmaq üçün əvvəlcə pul xərcləmək lazımdır. Məhsulunuzun və ya xidmətinizin effektivliyini artırmaq üçün axtarış, media və sosial reklama pul xərcləməlisiniz. Bu zaman sizdə çoxlu suallar yarana bilər: Nədən başlamaq lazımdır? Reklam neçəyə başa gələcək? Reklamı sosial şəbəkələrdə ya “AdWords”da aparmaq daha səmərəlidir? Bütün bu suallardan qorxmayın, iş prosesində bunların hamısından baş çıxacaqsınız.
Asan variantlar:
- Əgər “AdWords”-ü seçdinizsə, onun effektivliyini öncədən yoxlayın.
- “Facebook”da reklam üçün büdcənin ayrılmasının faydasını qiymətləndirin.
3. “Google”-un imkanlarından istifadə edin
Ən məhşur axtarış sistemlərindən biri olan “Google” sizin biznesinizə çox kömək edə bilər. “Google”un 2015-ci ildə başladığı “Let’s Put Our Cities on the Map” (Gəlin şəhərlərimizi xəritəyə köçürək) təşəbbüsü çərçivəsində yerli şirkətlər onlayn dünyasına təşrif buyurdular. “BCG The Connected World” hesabatına əsasən, həmin onlayn formatında təqdim olunan şirkətlər 40% daha sürətlə artırlar. “Google Mənim Biznesim”də bütün zəruri məlumatlarınız (iş saatları, ünvan, telefon nömrələri, veb-sayt) əks olunan akkauntunuzu yaradın. Bununla da sizin şirkət “Google” xəritələrində görünəcək.
Asan variantlar:
- “Google Mənim Biznesim”də öz akkauntunuzu yaradın.
- Öz şirkətinizin adını axtarış bölməsinə verin və mövcud informasiyanı nəzərdən keçirin. Ehtiyac varsa, məlumatlarınızı yeniləyin.
4. Əsas istifadə edəcəyiniz sosial şəbəkəni seçin
Sosial şəbəkələrlə iş sizə elə də asan gəlməsin. Əsasən də bütün mövcud platformaları əhatə etmək istəsəniz, bu kifayət qədər diqqət tələb edən bir iş olacaq. Lakin digər tərəfdən bu metodun uğur gətirəcəyi dəqiq deyil. Bir çox yerlərdə paralel olaraq mövcud olmaq cəlbedici görünə bilər, ancaq kiçik biznes üçün sizin hədəf auditoriyanızın çox hissəsinin mövcud olduğu tək bir sosial şəbəkədə işləmək daha məqəsədəuyğundur. Məsələn, əgər sizin müştəri auditoriyanız “Twitter”-ə nisbətən “Instagram”da daha aktivdirsə, məhz instaqrama xüsusi diqqət ayırmağınız gərəkdir.
Asan variantlar:
- Sosial şəbəkələrdə mövcudluğunuzu analiz edin. Sizi daha çox harada axtarır, harada izləyirlər?
- Xüsusi alətlərdən istifadə edin. Məsələn, “Hootsuite”və “Buffer” paylaşımlarınızın avtomatikliyini təşkil etmənizə yardımçı olacaq.
5. E-poçt marketinqindan istifadə edin
Kiçik biznes üçün e-poçt marketinqi brendinizi tanıtmaq və ona müəyyən formada sədaqət yaratmaq üçün əla vasitədir. E-poçt vasitəsi ilə siz movcud və potensial müştərilərinizə endirim kampaniyaları, müxtəlif aksiyalar, tədbirlər və veb-saytınızdakı yeniliklər və xəbərlər haqqında məlumat göndərə bilərsiniz. Unutmayın ki, müştərilər onların hər birinə qarşı mümkün qədər fərdi yanaşma göstərən, korporativ həyatı haqqında danışan şirkətlərə sədaqətli olurlar.
Asan variantlar:
- Qənaət etmək üçün pulsuz e-məktub göndərmə sistemlərindən istifadə edin. Misal üçün “MailChimp”.
- Öz mesaj və məktublarınızı yeniləməyi unutmayın. Mövzuları dəyişin, məktubun göndərilmə vaxtını, həfətənin günü, günün saatı, məktubun mətnini test edin, müxtəlif kreativ yanaşmalardan istifadə etməkdən çəkinməyin.
- Bir çox insan indi e-poçtunu telefonundan izləyir. Ona görə məktubunuzun müxtəlif ekranlarda necə göründüyünü mütləq yoxlayın.
6. Bloqunuz olsun
Sizin müştəri auditoriyanızın genişləndirilməsi üçün bloqunuzun olması çox faydalıdır. Saytınızın belə bir bölməsində siz potensial müştərilərinizə, izləyicilərinizə bu sahənin mütəxəssisi, ehtiyac duyulduqda onların məsləhət ala biləcəkləri bir şəxs olduğunuzu nümayiş etdirməlisiniz. Bundan əlavə bloqda xəbərlər də yerləşdirmək mümkündür: Böyük bir layihənin yekunu və onun qalibləri haqqında misal üçün.
Asan variantlar:
- Keyfiyyət kəmiyyətdən hər zaman üstün olmalıdır. Heç olmasa, həftədə bir dəfə paylaşım etməyə vaxt ayırın.
- Məlumatlar kontentinizi yeniləyin, qruplaşdırın. Bununla müştəriləriniz sizin brendinizi axtarış sistemində rahatlıqla tapa biləcək.
7. Açar sözlərdən istifadə edin
Axtarış sisteminin optimizə edilməsi tam pulsuz və asan bir işdir. Öz zəhmətinizin nəticəsini bir müddət gözləməli olacaqsınız, amma yekun olaraq əziyyətinizə dəyər. Açar sözlərin, ifadələrin müəyyənləşdirilməsi sizə müştərilərinizi anlamağa kömək edəcək. Sizin şirkətin təqdim etdiyi məhsulu və ya xidməti tapmaq üçün potensial müştəri daha çox hansı sözü axtarışa verdiyini müəyyənləşdirdikdən sonra biznesinizin inkişafı sürətlənəcək. Kiçik biznes üçün daha iri və məhşur brendlərlə rəqabət aparmaq çətindir. Ona görə də başlanğıcda nadir, amma tam mənanı ifadə edən sözləri seçmək lazımdır. Əksər hallarda bu sözlər arasında rəqabət çox az olur və müştəri bu sözü axtarmaqla sizin brendi asanlıqla tapa bilir.
Asan variantlar:
- Sizin saytınıza ziyarətçiləri cəlb edə biləcək aidiyyatı sözlər siyahısı müəyyən edin. Bünün üçün “Google Keyword Planner” və ya “Yandex Wordstat” imkanlarından istifadə edə bilərsiniz.
- Müştərilərinizin hansı problemlərini həll etməkdə onlara yardımçı olduğunuzu düşünün. Sual cavab veb-saytlarına gözdən keçirin misal üçün “ответы@mail.ru” bu zaman istifadəçinin sizin məhsula aid sualı necə qurduğuna (hansı sözlərdən istifadə etməsi) diqqət edin.
- Kontentinizin daha əl çatan olması üçün əldə etdiyiniz bütün sözlərdən istifadə edin. Onları xəbər, elan, məlumat, şəkil və meta-təsvirlərə təq kimi əlavə edin.
8. Biliyinizi, məlumatlarınızı paylaşın
Siz nəyi digərlərindən daha yaxşı edirsiniz? Bununla bağlı “YouTube” platformasında video-təlimat yerləşdirə bilərsiniz və ya canlı yayım formatından istifadə edərək, brendiniz haqqında maraqlı formada məlumat yaya bilərsiniz.
Asan variantlar:
- Öz sahənizə aid məhşur mövzu(lar) seçin.
- Artıq mövcud kontentinizdən vebinarların, təqdimat və e-kitabların hazırlanmasında istifadə edin.
9. Yerli əlaqələrinizi gücləndirin
Sahənizin digər mütəxəssisləri ilə aktiv əlaqədə olun, baş verən ən son hadisə və tədbirlərdən xəbərdar olun, yerli yarmarkalara baş çəkin, yerli futbol komandasına sponsorluq edin (onların formasına rəsmi loqonuzu çap edin). Öz tədbirinizi təşkil edin və tədbirə bu sahəyə marağı olan hər kəsi dəvət edin. Eyni zamanda xeyriyyəçiliklə də məşğul ola bilərsiniz. Misal üçün bütün əməkdaşlarınıza əlavə qeyri-iş günü verərək, yerli parkda iməclik təşkil edə bilərsiniz.Yaxşı əməllər görün və bu sizin biznesinizə müsbət təsir edəcək.
Asan variantlar:
- Sizin köməyinizə kimin (lərin) ehtiyacı olduğunu müəyyənləşdirin.
- Tədbir keçirmək üçün ən uyğun vaxtı seçin.
- Tanıdığınız KİV nümayəndələri və ya blogerlərə qarşıdan gələn tədbiriniz haqqında məlumat verin.
10. Müştərilərinizi eşidin
Sizin haqqda rəyləri hər zaman izləyin. Yaxşı şirkət hər zaman təkmilləşməlidir. Bu və ya digər xidmət və ya məhsulu təqdim etdikdən sonra müştəridən öz fikirlərini paylaşmağı xahiş edin. Sorğular keçirin. İstehlakçını cəlb etmək üçün sorğuda iştirak edənlərə endirim təqdim etdiyinizi bildirin. Rəylər sizə təkmilləşməyə ehtiyacı olan sahələri müəyyənləşdirməyə yardımçı olacaq.
Asan variantlar:
- Rəyləri toplayacağınız sahəni seçin.
- Sorğuda iştirak edənlər üçün endirim faizini müəyyənləşdirin. 10% yoxsa 50 manat?
- Müxtəlif variantlardan istifadə edin.
11. Müxtəlif müsabiqələrdə iştirak edin
Öz qələbə və mükafatlarınız haqqda mütləq məlumat verin. Bunlar müştərinin brendə qarşı münasibətini yaxşılaşdırır. Öz sahənizdə mövcud müsabiqələrdən xəbərdar olun və onlarda hər dəfə iştirak edin.
Asan variantlar:
- Mübarizə apara biləcəyiniz mükafatların siyahısı tutun
- Müsabiqələr haqqında məlumatları internetdə axtarın, yerli KİV-lərdə oxuyun, televiziya və radioda gedən elanlardan xəbərdar olun.
12. Əlavə açılan səhifələrinizi optimizə edin
Reklam və ya e-poçt marketinqindən istifadə edib müştərilərinizi əlavə açılan səhifələrinizə yönləndirin. Belə səhifələrinizin fərqli, rəngarəng və maraqlı dizaynı sizin gəlirinizə birbaşa müsbət təsir edə bilər. “WordStream” verdiyi məlumata görə, 2014-cü il ərzində uğurlu reklam siyasəti aparan şirkətlərin əlavə açılan səhifələrindən gələn konversiya azı 10% təşkil edib.
Asan variantlar:
- Əlavə açılan səhifələrinizi və onların göstəricilərini analiz edin. Əgər nəticələr 2%-dən aşağıdırsa, demək səhifənin dizaynını dəyişsəz yaxşı olar.
- Sizin təklifin cəlbedici olduğuna əmin olun. Daha sonra A/B testindən istifadə edin. Məlumatınızın başlığı, mətni, formasının uzunluğu, müştərini hərəkətə keçməyə səsləyən və aidiyyatı keçidə basmağa çağıran düymənin yerləşdiyi yer və ölçüsü ilə bir neçə dəfə təcrübə aparın.
13. Fərqlənin
Kütlədən fərqlənməyə çalışın. Kreativ olun, müxtəlif platformalarda öz brendinizi unikal bir formada təqdim etməyə çalışın. Sizin təklifinizin niyə ən yaxşı variant olduğunu göstərin.
Asan variantlar:
- Sizin sahənin aktual məsələlərində sandartlardan kənar mövqelərdən çıxış edin
- Kor-təbii şəkildə trendin qurbanı olmayın. Özünüz yeni trend yaradın. Araşdırmalar aparın, öz unikal taktikanızı formalaşdırın.
- Fərqliliyinizi bir daha göstərə biləcəyiniz maraqlı və keyfiyyətli “Haqqımızda” bölməsinin yaradılmasına vaxt sərf edin.