Biznesdən siyasətə: Milyader dövlət başçıları

Date:

Paylaş:

Çexiyada ötən gün başa çatan parlament seçkilərində ANO (Narazı Vətəndaşlar Aksiyası) partiyası sensasion qələbə qazanıb. 29% səs toplayan partiya 2013-cü ildə yaradılıb. Onun rəhbəri 2,5 milyard dollar sərvətə malik biznesmen və keçmiş maliyyə naziri Andrey Babişdir.

Babiş bizneslə məşğul olaraq böyük sərvət toplayan və sonradan siyasətə gələrək, ölkə və hökumət başçısına çevrilən siyasətçilərdən biridir.

Milyarder sövlət və hökumət rəhbərlərinin siyahısını təqdim edirik.

“Unikor” şirkətinin sahibi Bidzina İvanişvili 2017-ci ilin məlumatlarına görə 4,5 milyard dollar şəxsi sərvətə malikdir. Siyasətçi 2012-ci ildə əsasını qoyduğuu “Gürcü Arzusu” partiyası ilə parlament seçkilərində qələbə qazanaraq, bir müddət baş nazir olub. O 2012-ci ilin 25 oktybarından 2013-cü ilin 20 noybarına qədər bu vəzifəni icra edib.

Italiyanin “Finivest” holdinqinin təsisçisi Silvio Berluskoni “Forbes” jurnalının saon reytinq siyahısında 4,2 milyard dollar sərvətlə qərarlaşıb. Məşhur biznesmen eyni zamanda, uzun illər “Milan” klubunun prezidenti də olub.
Hazırda 81 yaşı olan Berluskoni biznesdən siyasətə gələrək, 4 dəfə (1994-1995, 2001-2005, 2005-2006 və 2008-2011) İtaliyanın baş naziri səlahiyyətlərini icra edib. O, Avropa ölkəsinin hökumətinə başçılıq etmiş ilk biznes adamı kimi tarixə düşüb.

ABŞ-ın son prezidenti Donald Tramp “Trump Organization” tikinti nəhənginin yaradıcısı və prezidenditdir. 2017-ci ilin reytniq siyahısında Tramp 3,1 milyard dollar sərvətə malikdir. Siyasətə 2012-ci il seçkilərindən sonra qatılan Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi 2016-cı ilin noybarında yeni prezident seçilib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə “Roshen” şirkətini beynəlxalq trasta versə də, investisiya bankı və “Ukrprominvest” holdiqinin sahibi olmaqda davam edir. Son məlumatlara görə, dövlət başçısının şəxsi sərvəti 858 milyon dollar təşkil edir. O, 2014-cü il iyunun 7-dən Ukraynaya rəhbərlik edir.

Tailanndda “Shinawatra Corporation” telekommunikasiya nəhənginin yaradıcısı Taksin Çinavat 2001-ci ilin fevralından 2006-cı ilin sentyabrına qədər ölkənin baş naziri olub. Biznesdən siyasətən gələn Çinavat hərbi çevriliş nəticəsində devrilərək, ölkəni tərk edib. Hazırda Çernoqoriyada mühacir həyatı sürən Çinavatın 1,73 milyard dollar sərvəti var.

Livanın “M1” holdinqinin rəhbəri Nəcib Mikati telekommunikasiyadan tikintiyə qədər müxtəlif biznes sahələrinə rəhbərlik edib. O, 2005 və 2011-2013-cü illərdə Livanın baş naziri postunu icra edib. Bu müddətdə Mikati ölkədə siyasi stabillik yarada bilməyib və “Hizbullah” qruplaşması ilə münaqişədən sonra postunu tərk edib. Hazırda Nəcib Mikatinin şəxsi sərvəti 2,7 milyard dollar təşkil edir.

Sebastyan Pinyera 2010-cu il martın 11-dən 2014-cü il martın 11-nə qədər Çilinin prezidenti olub. Pinyera siyasətə gəlməzdən öncə, bizneslə məşğul olub və LAN Airlines şirkətinin səhmlərinin böyük hissəsinə sahib olub.  67 yaşlı iş adamı və keçmiş prezidentin 2,7 milyard dollar sərvəti var.

©banker

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...