Başqalarının uğur hekayələrini təkrarlamaq lazım deyil: yəni nailiyyət, çox vaxt düzgün strategiyaların ardınca getməkdən deyil, şansdan asılı olur. Belə bir qənaətə, Kembric Universitetinin professoru Çenqvey Liu gəlib.
Misal üçün deyək ki, Fortune 100 Fastest Growing Companies siyahısına düşmüş ən sürətlə inkişaf edən şirkətlər KİV-in və ictimaiyyətin diqqət mərkəzindədirlər və Liu müəyyən edib ki, onların yüksək göstəriciləri əsasən tam təsadüfidir.
Liu araşdırıb ki, bu il ən yüksək artım sürəti göstərən şirkətlər növbəti il çox aşağı göstəricilər təqdim edirlər, nəinki yüksək, amma az fövqəladə artım tempi olan firmalar. Nəticədə “artım liderləri” hətta bir zamanlar üstün olduqları şirkətlərdən belə aşağı nəticə göstərirlər.
Belə nümunələrə kino və musiqi sahəsində rast gəmək mümkündür.
Məsələn, 1980-2088-ci illərin amerikan musiqi çartını təhlil edən Liu müəyyənləşdirib ki, top 20-də olan ifaçılar eyni uğura çox istisna halda təkararlaya biliblər – növbəti dəfə onların albomları və mahnıları artıq 40-cı yerlərdə olub. Amma əvəzində 22-30-cu yerlərdə qərar tutanlar növbəti dəfələrdə də uzun müddət öz kompozisiyaları ilə eyni yerdə qala biliblər.
Liu əmindir ki, kiminsə başgicəlləndirici uğurunu təkrarlamaq cəhdi aldadıcı strategiyadır. Yəni bunun üzərində nailiyyət qazanmaq qanunauyğunluq deyil, bu, ancaq tam bir təsadüfi şans ola bilər. Professor belə hesab edir ki, əsl rifah, yəni daimi uğur üçün stabil “ikincili” və ya “orta” yerlərdə qərarlaşmaq daha yaxşıdır, nəinki fövqəladə, gözlənilməz “liderlər” sırasında olmaq.
Bununla belə Liu qeyd edib ki, işlək olmayan “uğur formulaları” hələ də KİV-də və tədris mühitində çox məhşurdur. O, bunu insan psixologiyasına xas fundamental paradoksla əlaqələndirir: insanların gözündə gələcək təxminlər çətinləşdikcə, onlar özlərinə daha sadə və “zəmanətli” həllər tapmağa can atırlar.