Biznes və liderlikdə uğur qazanmağa kömək edən 17 kitab

Date:

Paylaş:

Əgər  startap qurucusu kimi yolunuzda sizə məsləhət verən bələdçi axtarırsınızsa və ya  daha yaxşı lider olmağa çalışırsınızsa, hər il dərc edilən minlərlə biznes kitablarından birindən ilhamlana bilərsiniz.

Baş icraçı direktorların fikirləri, daha təsirli kitablar və 2018-ci  ilin ən yaxşı kitabları kateqoriyaları nəzərə alınaraq həmin kitabların siyahısı hazırlanıb.

Bu kitabların siyahısı tərtib edilərkən, MBA məzunlarının da fikri nəzərə alınıb. Biznes məktəblərini bitirdikdən sonra onlar uğurlu startaplar qurmağa və biznesə rəhbərlik etməyə, analitik kimi çalışmağa və ya uyğun şirkətlərdə məhsul strategiyası ilə məşğul olmağa başlayıblar. Təklif edilən kitablarda verilən dərslər real biznes, strategiya və danışıqlardan tutmuş komanda quruculuğu və şirkət mədəniyyətinə qədər bir çox situasiyanı özündə əks etdirir.

MBA məzunlarının biznes və liderlik haqda sevdiyi 17 kitabla tanış olaq:

Maqdalena Yesil tərəfindən yazılmış “Gücləndirmək: Ağıllı qadın yeni iqtisadiyyatda necə qələbə əldə etdi?” kitabı

Bu kitabda Silikon Vadisində sahibkar olan Maqdalena Yesil qadınları öz karyeralarını nəzarətə götürməyə və genderə görə əməkhaqqı boşluğu ilə mübarizə aparmağa çalışıb. Maqdalena 1976-cı ildə ABŞ-a miqrasiya edəndə cəmi 43 dollar pulu var idi. İndi isə multi-milyarder şirkəti olan “Salesforce”da birinci investor kimi tanınır. “MIT Sloan” Menecment məktəbində “Third Love”ın qurucularından olan Heidi Zakın fikrincə, biznesdə irəliləmək istəyən hər kəsin oxumalı olduğu kitab budur.

Kleyton M. Kristensen tərəfindən yazılan “İnnovatorun dilemması:Yeni texnologiyalar böyük firmaların uğursuzluğa düçar olmasına səbəb olduqda” kitabı

Bu, innovasiya və biznes sahəsində bəlkə də ən çox tanınmış kitabdır. Sahibkarlar və startap liderləri üçün hər zaman təbəqələr və məhsul bazarında dərindən düşünməyin də özünün qatları mövcuddur. Belə ki, onlar neçə şirkətə problemlərin optimal həll variantını təklif edir və yeni gələnlər üçün imkanlar yaradır, belə situasiyalarda dəyər qazanmaq  barədə dərin düşüncələrə sahibdirlər. Kristensenin kitabı da sanki intellektual təməldir. Harvard Biznes Məktəbində “Plated”in qurucularından olan Coş Hiksin fikrincə, ideyaların necə inkişaf etməsində maraqlı olan şəxslər üçün bu kitabı oxumaq vacibdir.


Toni Hsieh tərəfindən yazılmış “Xoşbəxtliyi çatdırmaq: Mənfəət, ehtiras və məqsədə gedən yol” kitabı

Bu kitab şirkəti qurmağın və inkişaf etdirməyin real plan tərtibatını təqdim edir. “Cuyana” şirkətinin qurucularından biri, “Stanford Graduate” biznes məktəbindən Karlo Qallarda qeyd edir: “Bu kitab şirkətin qurulması üçün bizi ruhlandırdı, onu oxumağı tövsiyyə edirəm”.

Mark Mak Kormakın “Harvard Biznes Məktəbində sənə nəyi öyrətmirlər: Ağıllı  icraçıdan qeydlər” kitabı.

Biznes, biznesin yumşaq bacarıqlar hissəsini necə yönləndirmək barədə heytrətamiz fikirlər bu kitabda yer alıb. Kolumbiya Biznes Məktəbindən olan İlan Bielasın fikrincə, bu  kitabın müəllifi müasir idmanın atasıdır. Kormak atletlərdən, sponsorlardan, liqalardan yararlanan idmanın monetizasiyası ətrafında media impersiyası qurub.

“İnnovasiya sənəti: Amerikanın aparıcı dizayn firması olan IDEO-dan yaradcılıq dərsləri” kitabının müəllifi Tom Kellidir.

“Mən inanıram ki, hər kəs kreativdir və heç kəsin kreativliyinin limiti yoxdur. Ən yaxşı ideyaların üzə çıxmasına yardım edən proses var”, – Tom Kelli bildirib.

“Berkeley Haas Biznes Məktəbindən olan, Cuyananın həmtəsisçisi Şilpa Şahın fikrincə, bu kitab biznes ruhunu təşviq etmə üçün çərçivə yaradılmasına kömək edir.

Ben Horovitz tərəfindən yazılmış “Çətin şeylər barəsində çətin şey: Heç bir asan cavab olmadıqda biznes” kitabı.
“Mejuri” şirkətinin  həmtəsisçisi, Mak Master Universitetinin “DeGroote” biznes məktəbindən olan Noura Sakkijha deyir ki, insanları real həyat təcrübələri əsasında öyrənməyi sevir. “Bu kitab şirkəti, insanları idarə etmək, çətin problemləri həll etməklə bağlı praktiki və vicdanlı təcrübə təqdim edir”.

Fil Cekson “11 üzük: Uğurun qəlbi” kitabının müəllifidir.

İnsan mərkəzli düşünməkdən özünü şüurlandırmaya qədər Cekson yüksək performanslı komandanın yaratmaq və idarə etməyin heyrətamiz izahını verib.

“Stanford Graduate” Biznes Məktəbindən olan  Erika Şumeytin fikrincə, bu  kitab səni şəxsi liderlik, stilin və davamlı uğura nail olmağınla bağlı düşüncələrə qərq edir.

Fil Nayt tərəfindən yazılan “Ayaqqabı satan: “Nike”ın qurucusunun xatirəsi” kitabı qeyri-müəyyənlik anında nə qədər əzm tələb olunduğunu izah edir. “Burrow” şirkətinin  qurucularından biri, “Wharton School”dan olan Stefen Kuhl deyir: “Bu, indiyədək oxuduğum ən yaxşı kitabdır”.

Robert. F. Kennedi tərəfindən yazılmış “13 gün: Kuba Raket Böhranının memuarı” adlı kitab.

1962-ci ilin payızında ABŞ xəfiyyə təyyarələri Sovet İttifaqının Kubada nüvə raketləri üçün ərazilər qurduğunu aşkar etdi. Bu, ABŞ sahillərindən cəmi 90 mil uzaqda idi.

“Northwestern” Universitetinin “Kellogg School” Menecment məktəbindən olan Riç Kennedi deyir ki, 13 ABŞ-ın tarixdə  danışıqları necə təşkil etməyinin və bu ssenarinin arxasında olan günlərin sayıdır.

Sam Valton tərəfindən yazılmış “Amerikada istehsal olunmuş” kitabı.

“Wal-Mart”ın qurucularından olan Sam Valton böyük rəqiblərə görə geri çəkilməyi qəbul etmirdi. “Burrow”nun qurucularından olan Kabir Çopra deyir ki, Valton şirkətinin hansı səviyyəyə çatmağından və ya necə böyüməyindən asılı olmayaraq heç vaxt nəticədən razı olmurdu.

“Qələbədən əmin. Con Boydun biznesə tətbiq edilən strategiyası” kitabının müəllifi Çet Riçardsdır.

Sabiq döyüş təyyarələrinin pilotu olan Con Boydun müharibə və strategiya haqda fikirləri ABŞ hərbi sistemində doktrinaların öz əksini tapmasına imkan verdi. Bu kitab Boydun gördüyü böyük işi izah etməklə yanaşı, döyüş meydanından kənarda onun necə tətbiq edildiyini təsvir edir”, – deyə Miçiqan Universitetinin Ross Biznes Məktəbindən olan Cef Armfild bildirir.

“Maykl Levis “Böyük Xülasə. Dumsdey maşının içərisində” kitabının müəllifidir.

Bu kitabda etika, iqtisadiyyat və nəzarətin əhəmiyyəti barədə fikirlər öz əksini tapıb. Əgər kitabı oxumaqdan  xoşunuz gəlmirsə, filmi izələyə bilərsiniz”, – deyə Klarkson Universitetinin Devid D. Reh Biznes məktəbindən olan Kamerun Merriman deyib.

“Originallar. Qeyri-konformistlər dünyanı necə hərəkət etdirirlər” kitabının müəllifi Adam Qrantdır.

“Mən Adam Qrantın böyük fanatıyam. Bu kitab biz fəaliyyətə başlamazdan öncə, 2016-cı ilin fevralında təqdim edildi. Biz yeni başladığımız üçün həmin kitabı oxumaq xüsusilə maraqlı idi. Oradan götürdüyümüz fikir bizim ideyamıza çevrildi. Kitab mənim komandamı necə idarə etməyimə də təsir edib. Adam  böyük liderlərin yeni perspektiv və ideyalarından, innovasiyanı təşviq etməyindən danışır. Həmçinin liderlərin  xırdalıqlara qarşı necə getməsini təsvir edir, bu da bizim “Away”d hər gün elədiyimizdir”-deyə “Away”in qurucularından olan Step Kori bildirir.

Ver və götür. Niyə başqalarına kömək etmək bizim uğurumuzu irəliyə aparır” kitabı Adam Qrantındır.

“Bu kiab Andres və mənim üçün vacib idi. Çünki kitab “Snowe” şirkətini qurmaq üçün yanaşmamımızı müəyyənləşdirməyə imkan verdi. Həmçinin ortaq uğurumuzu müəyyənləşdirən əməkdaşlıq mühitimizi formalaşdırmağa kömək etdi. Qrant Vartonda mənim ən sevimli professorlarımdan biri idi. Bu gün konflitkli siyasət və biznes mühitində bizə brendimizi və təşkilatımızı yaratmaq üçün kitab  köməkçi “Şimal Ulduzu” rolunu oynayıb-deyə “Snowe” şirkətinin həmtəsisçidi Raçel Kohen vurğulayır.

Al Rays və Cek Trout tərəfindən yazılan “Marketinqin 22 dəyişilməz qanunu” kitabı.

“İnternet erasından  öncə yazılan bu kitabın indi də faydalı olduğunu düşünürəm. Lakin onun bütün prinsipləri tətbiq edilmir”, – deyə Miçiqan Universitetinin Ross Biznes Məktəbindən olan Cef Armfild bildirir.

“Kreativlik. Ruhlanmanın qarşısında duran görünməz qüvvələrin öhdəsindən gəlmə” kitabının müəllifi Ed Ketmuldur.

“Heyday” şirkətinin qurucusu Adam Ross deyir ki, Piksarın doğru komanda davranışları yaratmaq cəhdlərindən təsirlənib.

“Seçimlə əldə edilən Böyüklük. Qeyri-müəyyənlik, xaos və uğur. Niyə hamısı yox bəziləri inkişaf edir” kitabı Cim Kollins tərəfindən yazılıb.

Cimin bir neçə yaxşı tanınmış biznes kitabı var. Sözügedən kitab şirkətlərin necə böyüməyinin və öz statuslarını saxlamaq üçün necə beynəlxalq qərarlar veməsinin hekayələrini özündə əks etdirir. Bu kitab haqqında bəyəndiyim odur ki, özündə real həyat nümunələrini əks etdirir”, – deyə İlan Bielas vurğulayıb.

insider.az

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...