Əsas səhifə Biznes Biznes məqalələri Biznes üçün vahə: İsveçrədə hansı mütəxəssisləri gözləyirlər?

Biznes üçün vahə: İsveçrədə hansı mütəxəssisləri gözləyirlər?

398
The Swiss flag and Lauterbrunnen Valley in a beautiful summer day, Switzerland

İsveçrə – şirkətlər üçün cənnət məkanıdır. Bu ölkəyə köçməyin səbəbi çoxdur. Belə ki, həyat səviyyəsinə görə, İsveçrənin bir çox şəhərləri dünya üzrə liderlərik edirlər. 2018-ci ildə ölkənin üç şəhəri Mercer Quality of Living Survey reytinqinə daxil ola bilmişdir.

İsveçrədə hansı mütəxəssisləri gözləyirlər?

Ölkədə innovasiya sahəsinə tələbat olduqca yüksəkdir. Nəzərə almalıyıq ki, dünyanın bir çox beynəlxalq şirkətlərinin qərargahları məhz bu ölkədə yerləşir. Riyaziyyatçılara, statistika üzrə mütəxəssislərə, sistem analitiklərə, proqramçılara, veb və multimedia dizaynerlərinə maraq var. Bir sözlə, burada şirkətlər texniki ixtisaslara daha çox önəm verirlər.

Lakin burada incə bir məqam vardır: bildiyiniz kimi, İsveçrə ilə Aİ arasında azad ticarət haqqında bilateral razılaşmalar bağlanıb, bu səbəbdən işə qəbul zamanı əcnəbilərə deyil, Aİ-na daxil olan ölkələrin vətəndaşlarına üstünlük verilir. Azərbaycan bu ittifaqa daxil deyil, ona görə də biz “üçüncü” ölkələrin rezidentləri kimi iş əldə etmək üçün növbəyə durmalı olacağıq.

Burada yüksək vəzifəli şəxslər və yüksək ixtisaslı mütəxəssislər istisnadır, onlar diplomunu və müvafiq sənədləri təqdim etdikdən sonra, öz peşəkarlığını təsdiq etməli olacaqlar.

2018-ci ildə NZZ iqtisadi qəzetində Aİ-dən gələn işçilərin sayının azalması barədə məqalə dərc edilmişdir. Ən böyük artım 2013-cü ildə  müşahidə olunub (gələnlərin və gedənlərin fərqi 54 min nəfər təşkil edib). Həmin dövrdən bu rəqəm azalmaya doğru gedir.

Maraqlısı odur ki, 2009-cu ildə İsveçrəyə gələn insanların demək olar ki, yarısı geri vətəninə qayıtdı və ya başqa ölkələrə getdi. Bunun əsas səbəbi ölkədə həyatın kifayət qədər baha olmasıdır.

Buna baxmayaraq, yüksək ixtisaslı kadrlara tələbat yenə də yüksəkdir. Bu, Aİ-na daxil olmayan ölkələrin vətəndaşları üçün əla bir fürsətdir. Rəsmi olaraq işə düzəlmə prosesi, işəgötürən tərəfindən həyata keçirilir (qeyri-rəsmi işəgötürmə qanunsuz hesab olunur və cəzalandırılır). Unutmayın ki, İsveçrə də işləmək üçün yalnız icazə deyil, viza da almağınız tələb olunur.

Əcnəbilərin İsveçrədəki fəaliyyəti “Əcnəbilər və inteqrasiya” haqqında qanun ilə tənzim olunur (Ausländer und Integrationsgesetz, AIG).

Burada “səhmlər əvəzində pasport” və ya “biznesin açılması” kimi variantlar nəzərdə tutulmayıb.

Hökumətin icazəsi ilə ölkədə biznes qurmuş şəxslərə (illik dövriyyəsi minimum bir milyon dollar təşkil edən şirkət rəhbərləri) yaşayış üçün qısamüddətli icazə verilə bilər. Əsas kimi onun şirkəti idarə etməli olduğu və İsveçrəyə dəqiqə başı gəlib gedə bilməməsi götürülür.

İmkanlı immiqrantlar üçün belə bir əlavə şərt mövcuddur: hər il müəyyən edilmiş məbləği ödə, İsveçrədə biznes qurmaqdan və ya işləməkdən imtina et və ölkədə yaşamaq hüququnu al.

Ortalama ilə illik xərclər 200 min frank dəyərində qiymətləndirilir (insanın gündəlik xərcləri vurulur beşə). Qeyd etmək lazımdır ki, “üçüncü” ölkələrin vətəndaşları üçün bu rəqəm təxminən 1,5 dəfə çoxdur.

Əgər gələcəkdə İsveçrənin vətəndaşlığını almağı planlayırsınızsa, ilk öncə yaşamaq hüququnu – C kateqoriyalı “permit” almalısınız. Onu almaq üçün minimum olaraq 10 il müddət ərzində ölkədə yaşamağınız tələb olunur (Şengen vizası ilə və ya digər vizalarla yaşadığınız müddət nəzərə alınmır).

Təəssüflər olsun ki, bu işdə dəqiq kriteriyalar mövcud deyildir. Bəzən İsveçrədə ailə qurmağı planlayan isveçrəlilərin qohumları belə viza problemləri ilə üzləşirlər.

Bütün hallarda vətəndaşlıq məsələsinə dair qərarlar individual qaydada qəbul edilir və üç etapdan keçir: yerli idarəetmə orqanları, regional və federal səviyyələrdə.

Daha əvvəl İsveçrədə təhsil alan uşaqların vətəndaşlıq alması üçün xüsusi şərtlər mövcud idi, indi isə “permit C” almaq üçün yalnız təhsil deyil, iş təcrübəsi də tələb olunur.

Maaşlar necədir?

İsveçrə yüksək maaşları ilə bütün dünyada tanınmışdır. Ölkədə əmək haqqının orta səviyyəsi 6 min dollar təşkil edir, rəqəmlər sahə və region göstəricilərindən asılı olaraq dəyişə bilər.

Ölkənin ən gəlirli şəhərlərindən biri Sürix hesab olunur, burada orta əmək haqqı 12 min dollardır (vergi tutmalarını çıxmazdan əvvəl).

Ən gəlirli sahələrə əczaçılıq sənayesi, bank, İT və sığorta sahələri daxildir.

Əmək haqqına təsir edən amillərdən biri də mütəxəssisin peşəkarlıq səviyyəsidir. Əcnəbilərin əmək haqqı yerli əhalinin əmək haqqından bir min dollar aşağıdır. Lakin əməkdaşın vəzifəsi qalxdıqca, ona qarşı olan münasibət də dəyişir.

Vergi nə qədərdir?

İsveçrədəki vergilər federal, kantonal və yerli olaraq üç qrupa bölünürlər, ona görə vergilərin ümumi həcmi yaşayış yerindən asılı olaraq dəyişə bilər. Ortalama ilə bu rəqəm 32,1% təşkil edir.

Əgər Sürix şəhərində yaşayırsınızsa, hər ay dövlətə büdcənizin 29,3%-ni verməli olacaqsınız. Bu cəhətdən ən “ucuz” şəhərlərə Çuq aid olunur – 23%.

Hal-hazırda İsveçrə ərazisində olan, lakin “permit C” ala bilməyən şəxslər üçün gəlir vergisi fəaliyyət göstərir.

Həyatın dəyəri

İsveçrəyə köçməyi planlayırsınızsa, özünüzü oradakı yüksək qiymətlərə hazırlamalısınız.

A group of friends hiking with a mountain landscape in the background

İlk növbədə yaşayış üçün icarə haqqını və tibbi sığorta xərclərini düşünməyiniz tövsiyə olunur. Qeyd etmək lazımdır ki, bəzən tibbi sığortaya büdcənin üçdə bir hissəsinə qədər vəsait xərclənə bilər.

Otuz yaşlı biri üçün tibbi sığortanın qiyməti ayda 450-5525 dollar təşkil edir (uşaqlar varsa qiymət artır). Çox vaxt insanlar ən ucuz variantı seçirlər.

Sürixdə mənzillərin qiyməti

İsveçrə üzrə ən bahalı mənzillər Sürix şəhərindədir. Burada qiymətlər $13/m2 –dan başlayır. Qiymət mənzilin yerləşdiyi ərazidən və tipindən asılı olaraq dəyişir. Məsələn, 67 m2  sahəsinə malik olan ikiotaqlı mənzilin qiyməti təqribən 600 min dollara başa gələcəkdir. İsveçrəlilərin özləri yaşayış yerinin nağd alışına deyil, icarəyə götürülməsinə üstünlük verirlər. Belə ki, burada əhalinin yalnız 40%-i şəxsi evə sahibdir.

İcarə haqqı 1-1,5 min dollar arasında dəyişir (bəzi hallarda 4-5 min).

Mağazalar və restoranlar

Burada da qiymətlərin yüksək olması sizi şok halına sala bilər:

  • İctimai nəqliyyat vasitəsilə altı günlük gediş haqqı 45 dollar
  • Bir litr benzinin qiyməti 2 dollar
  • Parkovka – şəhərin mərkəzində bir saata görə 4 dollar

Şəhərin restoranlarının birində bir naharın qiyməti 50 dollar (adambaşına), McDonald’s-da isə nahar fasiləsinin qiyməti 15 dollar təşkil edəcək.

İsveçrənin mətbəxi – italyan və fransız xörəklərinin qarışığıdır. Onların çox hissəsi sadədir. Maraqlıdır ki, burada əsas yemək fasiləsi kimi nahar deyil, şam yeməyi sayılır.

İdman zalına aylıq abunə almaq istədiyiniz zaman 100 dollar ödəməli olacaqsınız. Qeyd etmək lazımdır ki, isveçrəlilərin özləri idmana çox meyllidirlər.  

Mühitə necə uyğunlaşa bilərəm?

İsveçrə – tolerantlığın nümunəsidir. Əgər mühitə qısa bir zamanda uyğunlaşmaq istəyirsinizsə, aşağıdakı məsləhətlərdən yararlana bilərsiniz:

  1. Yaşamaq istədiyiniz şəhərin (kantonun) dilini öyrənin
  2. Punktual olun (10 dəqiqəlik gecikmə halı yalnız bir dəfə üzrlü sayılır)
  3. Görüşü iki həftə öncədən planlayın, belə ki, isveçrəlilər öz vaxtını dəqiq planlayan insanlardır.
  4. Peşəkar və iş qruplarına daxil olun: məsələn, top-menecerlər çox vaxt ticarət palatalarının direktorlar şurasına daxil olurlar. Eyni zamanda burada gənc sahibkarlar qrupu, ekspatlar klubları və s. vardır.

Əlavə etmək lazımdır ki, İsveçrənin sakinləri çox mehriban və utancaq insanlardır. Onları bahalı saat, avtomobil, geyim və digər əşyalarla təəccübləndirməyə çalışmayın.  



Rəy bildir

Please enter your comment!
Please enter your name here