Biznes üçün pul hardan cəlb etmək olar?

Date:

Paylaş:

Xərclərin maliyyələşdirilməsi üçün 2 əsas maliyyə resurslarından istifadə edilir: şəxsi kapital və cəlb edilmiş vəsaitlər. Şəxsi kapital sahibkarın özünə məxsus olan və sahibkarlıq fəaliyyətinə yatırmaq üçün istifadə etdiyi maliyyə vəsaitidir. Cəlb edilmiş vəsait dedikdə isə digər mənbələrdən əldə olunan pul resursları nəzərdə tutulur (misal üçün, Bank krediti).

Aşağıdakı Misalda gördüyümüz kimi xərclər smetasına əsasən sahibkarın ilkin xərci 7.115 manat təşkil edir. Tələb olunan məbləğin 3.115 manatı şəxsi kapitalı hesabına ödəniləcək, qalan 4.000 manatın maliyyələşdirilməsi üçün isə sahibkar Sahibkarlığa Kömək Milli Fonduna (bundan sonra – SKMF) müraciət etməyi qərara alır. SKMF tərəfindən biznes planı təhlil ediləndən sonra sahibkarın maliyyələşdirilməsinə müsbət rəy verilir və illik 8% dərəcə ilə 3 il müddətinə kredit müqaviləsi imzalanır (SKMF barədə ətraflı məlumatı Fondun rəsmi səhifəsindən əldə edə bilərsiniz).

Qeyd edilən məlumatların daha aydın olması üçün məsələyə ümumi bir misal üzərində baxaq:

Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan Əliyev Xəlil Məmməd oğlu heyvandarlıqla məşğul olmaq qərarına gəlir. Onun bu fəaliyyətlə məşğul olması üçün böyük təcrübəsi və 6 hektar otlaq sahəsi vardır. Sahibkar bəslədiyi xırda buynuzlu mal-qaranın bir hissəsini topdan satış mərkəzlərinə, digər hissəsini isə Beyləqan şəhərində pərakəndə qaydada satmağı planlaşdırır.
Bazarın təhlili zamanı müəyyən edilir ki, diri şəkildə xırda buynuzlu mal-qaranın alınmasına tələbat böyükdür. Bu sahədə rəqabət böyük olsa da, bazarın həcmi sahibkara burada öz yerini tutmağa və normal fəaliyyət göstərməyə imkan verir. Əldə edilən məlumatdan bəlli olur ki, qoyunun diri şəkildə 1 kiloqramı (kq) topdan satış mərkəzləri tərəfindən orta qiymətlə 2,5 manata, quzunun 1 kq-ı isə orta qiymətlə 3,5 manata alınır. Eyni zamanda, Beyləqan şəhərinin pərakəndə ticarət obyektlərində 1 kq qoyunun diri şəkildə orta qiyməti 3 manat, quzunun 1 kq-nın orta qiyməti 4 manat təşkil edir. Bu isə o deməkdir ki, satılacaq quzunun orta çəkisi 14 kq, qoyunun isə orta çəkisi 20 kq olduğu halda, topdan satış mərkəzlərinə 1 quzunu 49 manata1 qoyunu isə 50 manata satmaq mümkün olduğu təqdirdə, pərakəndə şəkildə 1 quzudan 56 manat1 qoyundan isə 60manat gəlir əldə etmək olar.

Hesablama qaydası:

 

Quzu

Qoyun

Topdan satış üçün:

Q14kq x 3,5 manat = 49 manat

Q20kq x 2,5 manat=50 manat

Pərakəndə satış üçün:

Q14 kq x 4 manat = 56 manat

Q20kq x 3 manat=60 manat

Sahibkarın ilkin hesablamalarına görə, pərakəndə ticarəti üçün icarəyə götürdüyü obyektin ərazisində xırda buynuzlu mal-qaranın satışına gündəlik tələbat 2 baş qoyun və ya 40 kq, təklif isə 1 baş qoyun və ya 20 kq təşkil edir. Sahibkar qalan 1 baş qoyun və ya 20 kq tələbatı ödəmək niyyətindədir. Sahibkarın hesablamalarına görə obyektinin gündəlik gəliri 60 manat, aylıq gəliri isə 1500 manat (60 manat x 25 gün) təşkil edəcək.
Fəaliyyətə başlamazdan əvvəl sahibkar xərclər smetasını tərtib etməlidir. Qeyd etdiyimiz misalda çəkliəcək xərclər smetası aşağıdakı kimi olacaq:

Xərclər

Sayı

Qiyməti*

1. Tövlənin tikilməsi

1 ədəd

600 manat

2. Xırda buynuzlu mal-qara

150 baş

4.500 manat (1 baş 30 manat)

3. Yem

1 rüblük ehtiyat

600 manat

4. İcarə haqqı

1 ay

250 manat

5. İşçi qüvvəsi xərcləri, o cümlədən

1 işçi

915 manat/rüblük

5.1. Əmək haqqı

Rüblük

750 manat

5.2. Sosial sığorta ayırmaları 

Rüblük

165 manat

6. Sair xərclər, o cümlədən fərdi sahibkarın sosial sığorta ayırmaları (rüblük 31,50 manat)

Rüblük

250 manat

Cəmi

7.115 manat

* qiymətlər şərtidir.

Göründüyü kimi, Xəlil Əliyevin sahibkarlıq fəaliyyətinə başlaması üçün ilkin olaraq ona 7.115 manat məbləğində maliyyə vəsaiti lazımdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...