Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Biznes üçün ən sərfəli alətlərdən biri – DİSKONTLU İSTİQRAZLARDIR

Biznes üçün ən sərfəli alətlərdən biri – DİSKONTLU İSTİQRAZLARDIR

312
Paylaş

“İstiqraz daha geniş imkan verir ki, biznes inkişaf etsin, pul vəsaiti biznesdə daha çox qalsın. Bundan başqa, misal üçün, bir il başa çatdı, biznes istiqraz üzrə ödənişləri etdi, bundan sonra, yenidən maliyyə cəlb edə bilər. Yəni yeni istiqraz emissiya edə bilər. Digər bir modeldə istiqrazları diskontla satmaq olar. Yəni, tutaq ki, istiqrazın dəyəri min dollardı, onu 900 dollara satıb, müddətin sonunda min dolları geri ödəmək mümkündür. Bu diskontlu istiqrazdı. Bu bizim biznesmenlər üçün ən sərfəli istiqraz ola bilər. Düşünürəm ki, biz gələcəkdə daha çox belə istiqrazların emissiysını görə biləcəyik” FED.az xəbər verir ki, bu sözləri ARB24-də çıxışı zamanı AzFinance İnvestisiya şirkətinin direktor müavini İntiqam Səfərəliyev bildirib.

Azərbaycanın hansı sektorlarında çalışan iş adamları maliyyə mənbəyi kimi daha çox istiqrazlara müraciət edirlər? Sualına şirkət rəsmisi bu cür cavablandırıb.

Kredit təşkilatlarının demək olar ki, böyük əksəriyyəti istiqraz emissiyasından vəsaitləri cəlb edə bilirlər. Bu ondan irəli gəlir ki, banklar depozit götürə bilirlər kredit təşkilatları depozit götürə bilmədikləri üçün digər alətlərdən istifadə etməlidirlər və ən optimal, rahat alət istiqrazlardır.  Ümumiyyətlə dünyada hansısa təşkilatın istiqraz emissiya etməsinə məhdudiyyət yoxdur. Bizim qanunvericiliyin yeganə məhdudiyyəti ondan ibarətdir ki, istənilən təşkilat öz kapitalının iki misli həcminə qədər emissiya edib kütləvi təklif edə bilər. Amma bu da böyük bir məhdudiyyət deyil əgər qarşı tərəf, istiqrazları alan tərəf institusionalinvestordusa bu tələb də öz qüvvəsini itirir yəni istənilən həcmdə şirkət istiqraz buraxa bilər.

Amma yetər ki, bu şirkət bu istiqrazlar üzrə ödəniş etmək qabiliyyətinin olduğunu izah edə bilsin. Yəni gələcək gəlirlərini proqnoz edib, təhlil edib, təqdim etmək bacarığı olsun . Yaxudda ki, indiki vəziyyətini aşkar şəkildə göstərə bilmək qabiliyyəti olsun. Bizim analitiklər onları təhlil edib, nəticəyə gəlirlər ki, bu istiqrazların dəyəri varmı və bu istiqrazları emissiya etməyə dəyərmi yəni ki bazarda buna alıca tapmaq asan olacaq, yoxsa yox. Bu daha vacib məlumatdır ki, şirkətlərin maliyyə hesabatları bu məlumatları təthlil etmək imkanı yaratsın – deyə İntiqam Səfərəliyev bildirib.

İstiqraz vasitəsi ilə bağlı vəsait cəlb edən biznes subyekti nə əldə edə bilər? – Sualını İntiqam Səfərəliyev cavablandırarkən bildirib ki, İstiqrazlar biznes subyekti üçün 3-4 maliyyə mənbələrindən biridir. Biri öz vəsaitidir və ya şəriklərin vəsaitidir. İkincisi bankdan kredit götürə bilər. Üçüncü istiqraz buraxa bilər. Dördüncü səhm buraxa bilər, yəni insanlarla öz şirkətini paylaşa bilər. Dünyada bu modellər çox yayılıb. Deyək ki, səhm və istiqraz emissiyası rəqəm olaraq daha çoxdur. İstiqraz və bank kreditləri daha çox oxşardır. Yəni ikisi də borc verməkdir. Ona görə, biz bunları müqayisə etsək deyərək ki, bank kreditinə nisbətən 2-3 və ya 5% daha ucuz olacaq. İkincisi, istiqrazın bank kreditindən üstünlüyü olacaq ki, bank mütəmadi olaraq əsas məbləğin geri ödənişini tələb edir. Yəni əgər siz 1 milyon kredit götürübsüzsə, hər ay 100 min ödəyib təyin olunan müddət ərzində geri qaytarmalısız. İstiqrazda əsas məsələ ondan ibarətdirki, müddət ərzində faizləri ödəyirsiz və yalnız müddətin sonunda əsas məbləği geri qaytarırsız – deyə o qeyd edib.

Həmçinin çıxışı zamanı İntiqam Səfərəliyev qeyd edib ki, istiqraz vasitəsi ilə maliyyə cəlb etmək etmək istəyən şirkət  investisiya şirkəti ilə partnyorluq münasibəti qurmalıdır. Məlumatları onlara təqdim etməlidir. Qalan işləri investisiya şirkəti özü edəcək.