Biznes qurmaq üçün ideya tapmağın yolları

Date:

Paylaş:

Ceffri Foksun mikro biznesdən gəlirlər əldə etməyə həsr olunmuş kitabından balaca bir parça belə adlanır: “Kiçik biznesdə böyük pulları necə qazanmalı”. Sizə həmin hissədən biznes üçün ideyaları necə seçmək barədə balaca bir parça təqdim etmək istərdik. Kiçik biznes üçün imkanlar həddindən artıq genişdir. İdeya axtarışının yolları isə aşağıda sadalanıb.

1. Bacarıqlarınızı tanıyın

Siz nə bacarırsınız? Siz anadangəlmə qabiliyyətiniz biznesiniz üçün təməl ola və sizə çoxlu pul qazandıra bilər.

2. Sizin ailəniz əzəldən nə ilə məşğuldur?

Sizə miras qala biləcək hər hansı bir ailə biznesi varmı? Bəlkə ailə müəssisində bir az işləyib, işi tam xırdalıqlarına qədər mənimsəyəsiniz, ondan sonra öz biznesinizin əsasını qoyasınız?

3. İşlədiyiniz kompaniyaya nəzər salın.

Bəlkə kompaniyanızın etmədiyi bir işlə məşğul olmağa dəyər. Məsələn bazarın elə bir sahəsi varmı ki, sizin kampaniya ora xidmət göstərə bilərdi, amma bu bazar hələ tutulmayıb?

4. Kompaniyanız tərəfindən rədd edilən və ya reallaşdırıla bilməyən ideyaları öyrənin.

Adətən onlar kiçik biznes üçün kifayət qədər perspektivli olur.

5. Françayzinqlə bağlı jurnallar oxuyun.

Sürətlə inkişaf sahələrdə biznes qurun və ya alın, məsələn yaşı otuzdan yuxarı olan qadınlar üçün idman zalı. Françayzinq üçün imkanlar həddindən artıq çoxdur.

6. Müəyyən etnik qrup üçün xidmətlər təklif edin

Və ya məhsul çatdırın. Elə bir qrup seçin ki, sürətlə böyüsün. Məhz həmin insanlara mal satın və onların istədiyi qaydada satın. Məsələn Dominikan Respublikasından gələn mühacirlərə hansı məhsullar lazım olur ki, onları ABŞ-da tapmaq mümkün deyil? İspan dilini öyrənin və ispanca danışan müştərilər ilə işləyin.

7. İnsanlar qocaldıqca onların sağlamlıq və səhiyyə sahəsində daha çox və fərqli xidmətlərə ehtiyacı olur.

8. Müxtəlif bacarıq və əl qabiliyyətlərindən bəhs edən televiziya verilişlərinə baxın

Bağbanlıq, təmir, interyer işləri və s. Bu sizə populyar ideya və müasir tendensiyalardan xəbərdar olmağa imkan verəcək. Məsələn istehlakçıları qarajla təchiz edən kompaniyalar varmıdır? Və ya hər hansı bir şirkət internet vasitəsi ilə həyət bağları üçün olan bitkilərin əkilmə və ya becərilmə vaxtı və qaydaları ilə bağlı informasiya ilə təchiz edirmi? Internet vasitəsi ilə hüquqi xidmət, dayəlik və ya baxıcılıq xidməti təklif edənlər var? Bəzən elə ailələr olur ki, hər iki ailə üzvü işi ilə əlaqədar səfərlərə çıxır, evdən muğayat olacaq və burdakı işləri həll edə biləcək birinə ehtiyac duyurlar.

9. Hazırda çalışdığınız kompaniyanı ala bilərsiniz?

Bunu borc kimi cəlb edilmiş vəsaitlərlə edə bilərsiniz, ya da rəhbərliklə başqa cür razılığa gələ bilərsiniz.

10. Müxtəlif auditorlar, vəkillər, kredit mütəxəssisləri, professional brokerlər və digər elanlar sizi satışa çıxarılmış biznesə çıxara bilər. Belə bir kompaniya alın.

11. Hər hansı bir biznesə başqa nəzərdən yanaşın

Siz belə bir işi nisbətən daha yaxşı şəkildə təşkil edə bilərsinizmi? Son səyahətlərinizdən birini yada salın. Həmin ölkədəki hər hansı bir biznesi öz ölkənizdə qura bilərsinizmi? Belə bir tələbat varmı?

12. İllərlə insanlara danışdığınız və gerçəkləşdirmək istədiyiniz bir fikri reallaşdırmağa çalışın.

Hələ məktəb illərindən bəri beyninizdə olan bir proyekt varmı? İstənilən bir start-up-da ən vacibi “nə satdığını” anlamaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...