Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev vətəndaşlardan daxil olan müraciətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparıldığnı qeyd edib.
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.
E.Hacıyev söyləyib ki, hazırda M.Süleymanzadə saxlanılmayıb.
Xatırladaq ki, ötən gün M.Süleymanzadənin saxlanılması ilə bağlı məlumat yayılıb. Belə ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu dələduzluq yolu ilə mənimsəyib.