Əsas səhifə Biznes Biznes məqalələri “Biznes planda biznes ideyası ilə bağlı A-dan Z-yə bütün məlumatlar öz əksini...

“Biznes planda biznes ideyası ilə bağlı A-dan Z-yə bütün məlumatlar öz əksini tapmalıdır” -Cavid Abbasov

700

Biznes plan üzrə ekspert Cavid Abasovun  müsahibəsi

-Uğurlu biznes başlanğıcı prosesi necə olur? Biznes ideyasını düzgün yönəltmək üçün nələrə ehtiyac var və hansı məqamlara diqqət yetirmək lazımdır?

İlk olaraq qeyd edim ki, həm yeni ideyaların formalaşması, həm də bu ideyalardan ilhamlanaraq uğur qazanmaq yolunda özümüzə bir hədəf təyin edə bilməmiz üçün, münbit şəraitə ehtiyac var – hal-hazırda yaşadığımız mühit, oxuduğumuz universitet, ətrafımızdakı insanlar olduqca önəmlidir. Hər birimizin beynində zamanla müəyyən biznes ideyaları yaranır. Bəziləri bunu inkişaf etiditib reallaşdırır, bəziləri isə bu yolda müəyyən çətinliklərlə üzləşdikləri zaman, bu fikirdən əl çəkirlər. Ümumiyyətlə hər-hansısa bir ideya yarandıqda, onu beyində saxlamaq lazım deyil. Əksinə, bir yerə qeyd etmək, onun inkişaf yolları üzərində düşünmək, araşdırmalar aparmaq və həmin sahədə çalışan təcrübəli şəxslərdən məsləhətlər almaq lazımdır.

-Biznes plan məsələsinə toxunmaq istəyirəm. Əksər şirkətlərin biznes plan haqda ya məlumatları yoxdur, və ya biznes plana ehtiyac duymurlar. Bəs sizin fikrinizcə, biznes planın şirkətlər üçün nə kimi faydaları var?

Ümumiyyətlə, mən belə düşünürəm ki, plansız heç bir fəaliyyət uğurla nəticələnə bilməz. Əgər biz bir bizneslə əlaqəli addımlar atırıq və biznes plana ehtiyac duymuruqsa, bu, heç bir əsası olmayan faktorlara söykənir. Biznes planın bizə verdiyi üstünlüklər var ki, onlar əvvəlcədən bizdə növbəti mərhələlər haqda fikir yaradır, bizə faydalı addımlar atmaqda yardımçı olur. Mən həmişə, hər hansısa bir biznes ideya yaranan zaman, onun biznes planla təmin edilməsinin tərəfdarı olmuşam. Təcrübə göstərir ki, artıq fəaliyyətdə olan biznes üçün planlama etmək daha çətin və az effektiv olur. Məsələn, 3-4 ildir fəaliyyət göstərən bəzi şirkətlər var ki, hazırda lazımi büdcə və vaxtlarının olmadığını bəhanə edərək, növbəti 5 ildə biznes plan hazırlayacaqlarını bildirir. Lakin, 5 ildən sonra, hələ də yerlərində addımladıqlarının şahidi olurlar və anlayırlar ki, illər öncə biznes plan hazırlasaydılar, hazırda tam fərqli yerdə ola bilərdilər.

 

-İnsalara həqiqətən faydalı olacaq və önlərinə işıq tutacaq bir biznes planda hansı məlumatlar əks olunmalıdır?

 

Biznes planda biznes ideyası ilə bağlı A-dan Z-yə bütün məlumatlar öz əksini tapmalıdır. İdeyadan da əlavə, görüləcək bütün fəaliyyətləri yazılmalı və bu fəaliyyətlərin necə həyata keçiriləcəyi müəyyən edilməlidir. Bir biznes planda biznes, biznes strukturu, marketinq, maliyyə və mühasibatlıq, satış ilə bağlı məlumatlar ətraflı şəkildə təqdim edilir. Bütün bu məlumatların içərsində ayrı-ayrı başlıqlar öz əksini tapır. Yəni, qısa desək, çox ciddi bir araşdırma aparılır və demək olar ki, bu sektorda olan bütün təcrübədən keçmiş detallar təhlil edilir. İlk vaxtlarda beyində formalaşan biznes ideyası, biznes plan formasına təhlil edilib yazıldıqda tamamilə fərqli olur. Çünki təbii olaraq əvvəldə biz bəzi məqamları görə bilmirik. Yalnız ideya planlaşdırıldığı halda – biznes plan hazır olduqdan sonra, oradakı üstünlüklərin fərqini anlaya bilirik. Eyni zamanda təyin edilən məqsədə çatmaq üçün addımların ardıcıllığını, bütün prosesin təfərrüatları ilə tanış oluruq.

-Ümumiyyətlə biznes planlar hansı istiqamətlərdə yazılmalıdır?

Ümumiyyətlə, biznes planlar müxtəlif səbəbələrdən və fərqli istiqamətlərdə hazırlanır və tətbiq olunur. Əsas səbəb şühbəsiz ki, hansısa biznes ideyasının reallaşdılrılması yolunda atılması zəruri olan addımların toplusunu müəyyən etmək, bu biznesin hədəfi, məqsədləri, idarəetmə forması, gəlirliyi və s. kimi onlarla önəmli hissələri çalışmaqdır. Eyni zamanda fəaliyyətlərində hansısa bir problem, xaotiklik olan şirkətlərin hazırkı vəziyyətinin düzəldilməsi, gələcək gəlirlilik səviyyəsinin artırılması və bu hədəflənən nöqtəyə çatmaq üçün fəaliyyətləri müəyyən etmək biznes plan hazırlanmasının əsas vəzifələrindən biridir. Son olarq isə, ən önəmli səbəblərdən biri yeni investorların cəlb olunmasıdır. Əgər hansısa bir biznesin böyümə planları şirkətin maliyyə imkanlarından kəanardadırsa, bu zaman yeni investorların cəlb olunması şərtdir. Yeni investorlara isə ideya və ya cari faəliyyətin hansı mexanizmlə çalışdığı, bazar imkanlarının və hədəflənən bazar payının nə olduğunu, sadalannların əsaslandırılmasının ən gözəl yolu o investorlara peşəkarcasına yazılmış bir biznes plan təqdim etməkdən keçir.

-Bugünə kimi onlarla biznes plan yazmısınız. Bu biznes planlar sifairşçilərinizə – şirkətlər və fərdlərə nə kimi uğurlar qazandırıb?

Çox sevindirinci haldır ki, yazdığım biznes planların böyük əksəriyyəti investorlar tərəfindən real olaraq qiymətləndirilib və nəticədə hədəflənən investisiyalar cəlb olunub, biznes isə qurduğumuz strategiya ilə fəaliyyətə başlayıb.  Bu isə, biznes planda əsas amildir. Əlavə olaraq, mən orta miqyaslı şirkətlərə biznes strategiyaları, marketinq strategiyaları  ilə bağlı bəzi istiqamətlər vermişəm və onların strategiyalarının yazılmasında bir-başa konsultasiya dəstəyi təmin etmişəm. Qarşıya qoyulan hədəflər bir müddətdən sonra özünü müsbət şəkildə göstərdikdə insan, həqiqətən də, daha da həvəslənir və motivasiyası da yüksək səviyyədə olur.

-Hər bir sahədə olduğu kimi biznesdə də uğurlu olmağın vacib şərtlərindən biri bazarın düzgün şəkildə araşdırılmasıdır. Bu haqda nə deyə bilərsiniz?

Burdakı önəmli nüans, stukturun düzgün şəkildə qurulmasıdır. Bəs yaxşı, struktur deyərkən nəyi nəzərdə tuturuq? Əgər şirkət bir nəfərdən yox, bir çox şəxsdən ibarətdirsə və burada departamentlər, bölmələr varsa, onların hər birinin düzgün şəkildə planlar tərtib edilməlidir. Bütün fəaliyyət toplusunu özündə birləşdirən bir biznes plan ortaya qoymaq lazımdır. Sözügedən biznes planın içərisində mütləq araşdırma hissəsi də olmalıdır ki, “həqiqətən faydalılığı nədir”, “nə qədər maraqlıdır”, “rəqiblər kimlərdir” və s. kimi suallara aydınlıq gətirilsin. Bazar araşdırması – məhsul araşdırması, rəqib araşdırması və müştəri araşdırması şəklində 3 istiqamətdə aparıla bilər. Şübhəsiz ki, araşdırmalar yalnız bununla məhdudlaşmır. Biz biznes planları işləyərkən müştəri ehtiyacını əsas götürürük. Kiminsə üçün bu araşdırma portfelinə imic araşdırması da ola biləcəyi halda, kimisi üçün istehlakçı davranışları, məhsulların analitik müqyisəsi, bazar həcminin analizi və proqnozlaşdırılması kimi onlarla fərqli yöntəmlərdən və alətlərdən istidadə edirik. Bütün bu çalışmalar hamısı ideyanın və ya mövcud biznes fəaliyyətlərinin rentabelli şəkildə qurmaq və inkişaf etdirmək, şirkətin, investorların hədəflənən rəqəmlərə çatmalarına dəstək olmaqdır.

-Ölkəmizdə son illərdə biznes sahəsində önəmli yeniliklər və iləriləyişlər görülməkdədir. Bu baxımdan ölkənin biznes inkişaf tərəfini necə qiymətləndirirsiniz?

Sözün düzü, son zamanlar Azərbaycan, əsasən, start-up ilə əlaqəli bizneslərin, – yəni ideyanın sıfırdan qurularaq dünya bazarına çıxarılması, – inkişaf etməsi məni çox sevindirir.

5-6 il bundan öncəyə baxdığımız zaman, bu cür bizneslərin olmadığını görərdik. Amma hal-hazırda böyük layihələr üzərində işlər gedir və biz artıq bunların bəzilərini dünyaya tanıtdırmışıq. Mən əminəm ki, bu layihələr daha da yaxşı yerlərə gəlib çatacaqlar. Əvvəllər bizim yerli şirkətlər Azərbaycandan kənara çıxmaqda çox maraqlı deyildilər. İndi isə əksər şirkətlər çalışır ki, planlarını sadəcə Azərbaycan bazarı üçün yox, həm də xarici bazarlar üçün də hazırlasınlar. Aldığm biznes plan sorğularında da bunun şahidi oluram

-Apardığınız araşdırmalar və biznes planlarla əlaqəli yazılarınız da dərc olunur. İstəyirəm bir az da bunun barəsində danışasınız.

Türkiyədə təhsil aldığım illərdə dostlarımızla birlikdə çox kitab oxuyurduq. Kitabxanaya səhər girib, axşam çıxırdıq. Orada gün ərzində çox müxtəlif və çox faydalı məlumatlar əldə edirdik. Bir müddətdən sonra mən anladım ki, bu məlumatları əldə etməklə yanaşı, həm də bunları insanlarla da paylaşmalıyam. Məhz həmin illərdən motivasiya, satış, biznes, marketinq kimi bir çox sahə ilə bağlı yazılar yazmağa başladım. Cavidabasov.com blog səhifəmdə 300-ə yaxın yazım var və günü bu gün də orada paylaşımlar etməyə davam edirəm. Eyni zamanda, bloq ilə bağlı bəzi hədəflərim də var. İstəyirəm ki, insanların həqiqətən faydalana biləcəkləri araşdırma istiqamətli yazılar paylaşım. Biznes plan yazmaqla yanaşı, bəzi biznes ideyaları var ki, onları kiçik biznes planlar şəklində paylaşmağı planlaşdırıram.

Rəy bildir

Please enter your comment!
Please enter your name here