Əsas səhifə Biznes Biznes kreditləri hansı banklarda sərfəli şərtlə verilir?

Biznes kreditləri hansı banklarda sərfəli şərtlə verilir?

627

Banklarda təklif edilən kreditlər şəxsi istehlak və biznes məqsədli olmaqla əsas iki qrupa ayrılır. Monitorinq qrupumuzun kreditlər haqqında olan bazar araşdırmaları bir çox hallarda istehlak kreditləri haqqında olsa da, biznes kreditləri ilə maraqlanan oxucuları da yaddan çıxarmırıq. İstehlak kreditlərinin bir neçə alt qrupu (nağd pul, kredit kart, İpoteka və s.) olduğu kimi, biznes kreditləri də öz növbəsində bu tip alt qruplarla fəqləndirilir. Biznes kreditlətini fərqləndirən əsas amillər girovun növü, kreditin məbləği və borcalanın fəaliyyət sahəsidir. Monitorinq qrupumuzun bugünkü araşdırma mövzusu biznes kreditlərinin ən geniş yayılmış növü olan “mikro kreditlər” haqqındadır. Mikro kreditlər – adından da göründüyü kimi məbləğlərin daha xırda olması ilə seçilir. Əsasən sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə təklif edilən bu kredit VÖEN əsasında fəaliyyət göstərən müxtəlif peşə sahiblərinə də təklif edilə bilər. İstehlak kreditlərində ərizəçinin gəlirlərini təsdiq edən sənəd qismində iş yerindən / elektron arayış və ya maaş kartı hesabından çıxarış iştirak edirsə , mikro kreditlərdə gəlirləri təsdiq etmək üçün VÖEN hesabından çıxarışa ehtiyac duyulur. Xüsusilə qeyd etmək istərdik ki, mikro kreditlərin verilməsi prosedurları istehlak kreditlərinə nisbətdə daha qəlizdir. Belə ki, ərizəçinin biznes fəaliyətinin qiymətləndirilməsi üçün VÖEN-dən əlavə biznesə və ərizəçinin yaşayış ünvanına baxış da keçirilməlidir. Həmçinin kreditin aktiv olduğu müddət ərzində bank əməkdaşları tərəfindən kreditin təyinat üzrə istifadə edilməsinin yoxlanılması məqsədilə müxtəlif monitorinqlər də keçirilir.

Bazar araşdırması aparan zaman məlumumuz oldu ki, bu kreditləri təklif edən bankların sayı “Nağd istehlak” kreditlərini təklif edən bankların sayı ilə müqayisədə daha azdır. Mikro kreditlər üzrə maksimal məbləğ adətən 50 000 AZN civarında olur və məbləğə təsir edən ən böyük amil girov predmetidir. Belə ki, girov qismində yalnız fiziki şəxsin zaminliyi olduqda kredit məbləği adətən 5 – 10 min manat civarında olur. Daşınmaz əmlak və ya qızıl girovu ilə isə 50 min manatadək məbləğləri əldə etmək olar. Aşağıdakı cədvəldə təklif edilən mikro kreditlərin şərtləri tanış ola bilərsiniz.

Bankın adı Məbləğ Kreditin müddəti İllik faiz dərəcəsi Komissiya Təminat
Accessbank 500 – 50 000 AZN Dəqiq məlumat yalnız filialda verilir Dəqiq məlumat yalnız filialda verilir Dəqiq məlumat yalnız filialda verilir Dəqiq məlumat yalnız filialda verilir
Amrahbank 300 – 20 000 AZN 36 ayadək Girovlu

24 ayadək – 24%

25 – 36 ay – 25%

Girovsuz (zaminlə)

3000 AZN-dək – 28%

3001 – 10 000 AZN – 27%

10001 – 20 000 AZN – 26%

Girovlu – 1%

Girovsuz (zaminlə) – 1.5%

10 000 AZN-dək – 1 zamin

10 000 AZN-dən çox – 2 zamin

Bank Respublika 500 – 30 000 AZN 10 000 AZN-dək – 18 ay

10 000 AZN-dən çox – 24 ay

Girovlu – 27%

Girovsuz (zaminlə) – 28%

1% – 1.5% 10 000 AZN-dək –  zamin

10 000 AZN-dən çox – girov

Bank of Baku 500 – 20 000 AZN 24 ayadək Müddət

3 – 12 ay : 25% – 30%

13 – 24 ay: 26% – 30%

*müştəri kateqoriyasından asılı olaraq

Girovla – 1%

Zaminlə –  1% (min.20 AZN)

20 000 AZN-dək məbləği tək zaminlə, girovsuz əldə etmək mümkündür
Express Bank 1000 – 50 000 AZN 5000 AZN-dek – 12 ay

5001 – 10 000 AZN – 18 ay

10 001 – 20 000 AZN – 24 ay

20 0001 –  30 000 AZN – 30 ay

30 000 AZN – dən çox – 36 ay

Girovlu:

30 000 – dek – 24%

30 001 – 50 000 – 22%

Girovsuz (zaminlə)

Müddət və məbləğdən asılı olaraq 24 – 29% arası dəyişir.

Girovlu – 1%

Girovsuz (zaminlə) – 2%

Yeni müştərilər üzrə

15 000 AZN-dək –  zamin

15 000 AZN-dən çox – girov

Təkrar müştərilər üzrə

20 000 AZN-dək –  zamin

20000 AZN-dən çox – girov

Unibank 500 – 30 000 AZN Girovlu – 48 ayadək

Girovsuz – 24 ayadək

Girovlu

15 001 – 30000 AZN – 22%

Girovsuz (zaminle)

Maksimum 15 000 AZN

12 ayadək – 27%

13 – 18 ay – 28%

19 – 24 ay – 29%

2%

*hal-hazırda 31 avqustadek kampaniya çərçivəsində 0%

15 000 AZN-dək –  zamin

15 000 AZN-dən çox – girov