Biznes inkubatorlarının fəaliyyəti üzrə əlaqələndirmə komissiyasının iclası keçirilib

1
730

Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti dövlət qurumları və biznes inkubatorlarının idarəedicilərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində yaradılmış əlaqələndirici komissiyasının iclası keçirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İclasda biznes inkubatorlarının inkişafının dəstəklənməsi istiqamətində nəzərdə tutulan tədbirlərin icrası, ölkədə fəaliyyət göstərən biznes inkubatorlarını əhatə edən elektron məlumat bazasının yaradılması, onların qarşılıqlı fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq, müvafiq Tədbirlər Planının hazırlanması məqsədəuyğun hesab edilib.

1 COMMENT