Yeni biznes ideya – “Gəzəyən çay”

Date:

Paylaş:

Ölkə olaraq çaya bağlılığımızla seçilirik və ən çox çay istehlak edən ölkələr siyahısında hər zaman ön sıralardayıq. Bu tələbatlılığa uyğun olaraq şəhərlərimizdə qısa aralıqlarla çay evləri və çayxanalar görə bilərik. Bəs bu işi necə daha yüksək səviyyədə və praktik hala gətirə bilərik? Çayxanaya girmədən və ya işə gecikdiyimiz üçün içə bilmədiyimiz çayı avtobusda, metroda səyahət edərkən necə içə bilərik?

Təbii ki, “Gəzəyən çay” vasitəsi ilə.

“Gəzəyən çay” nədir?

“Gəzəyən çay” soyuq havalarda maşınımızı tərk etmədən, səfərimizi yarımcıq qoymadan, işə gedərkən zamanımızı almadan çay içməyimizə imkan verən məhsuldur. Standart plastik kofe qabları kimi qaba sahib bu məhsulun tərkibində qaynadılmış su, yanında isə birdəfəlik çay mövcuddur. Qabın üzərindəki düymə sıxıldığı an aralıq təbəqədə mövcud olan kimyəvi qarışım qaynamış suyu isti vəziyyətə gətirir və paket çay vasitəsi ilə çayımız hazırdır.

İşləmə prosesin əlavədəki şəkildə izahı.

Bu formada sadəcə 3 addım ilə harda olmağımızdan asılı olmayaraq isti çayımız hazır olacaq.  Çayın ilkin formasında xüsusi salma çay yuvası, kimyəvi maddəni işə salma düyməsi mövcuddur. Kimyəvi maddəni işə salacaq düymə sıxılır və suyun istiliyi artır. Su istədiyimiz istiliyə çatdıqda salma çay yuvasından salma çay çıxarılaraq suya daxil edilir. İstifadə edilən su qaynadılmış olduğu üçün tam qaynar çayı sevməyənlər də rahatlıqla istifadə edə biləcəklər.

“Market Research World”-ün təqdim etdiyi 2014-cü ilə adam başına çay istehlakı siyahısına əsasən, ən çox çay istehlak edən ölkə Türkiyədir. Türkiyədə adam başına çay içilmə statistikası 1250 stəkandır. Yəni, bu ölkədə gündə 245 milyon stəkan çay içilir! Gündə 245 milyon stəkan çay içilən bir bazarın kiçik bir hissəsini əldə etmək və çayların 1%-in “Gəzəyən çay” olduğunu düşünmək əslində necə gəlirli bir sahə olduğunu göstərir. Bu isə məhsulun ən böyük bazarlarından birinin bir addımlığımızda olduğunu göstərir. Yəni, düzgün satış strategiyası ilə ölkəyə ciddi gəlir gətirəcək məhsul ola bilər.

Regionda bu məhsula olan tələbatı göstərmək üçün nümunə olaraq 2015-ci ildən başlayaraq Azərbaycanda çay festivallarının keçirilməsini misal çəkə bilərəm. 2017-ci ildən başlayaraq isə “İstanbul Beynəlxaq Çay Festivalı” keçirilməyə başlanacaq.

“Gəzəyən çay” necə yaradılacaq?

Məhsulun hazırlanması üçün tələb olunan bütün məhsullar yerli istehsalda mövcuddur və yerli su markaları və çay markaları ilə daha özünəməxsus və uğurlu olacağı fikrindəyəm. Yalnızca suyu istənilən tempratura gətirəcək kimyəvi maddənin tətbiqi hal-hazırda daxili bazarda mövcud olunmadığı üçün xarici təcrübədən istifadə olunacaq. Xarici təcrübədə isə buna bənzər kimyəvi maddələrlə qızdırılan qida məhsulları mövcuddur. Əsasən, orduda səhra rejimi üçün bu tip texnologiyalar tətbiq olunmaqdadır.

Məhsulun ilkin adının bu formada seçimi isə əsasən, daha sürətli olaraq tanıtımının həyata keçirilməsi üçündür. Birmənalı qarşılanmayacaq ad olacağını düşünərək seçdiyim “Gəzəyən çay” nəzərdə tutulan hədəfə qısa müddətə çatmasına yardımcı olacaq.

Zamir Həmzəyev

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...