Biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi mövzusuna həsr olunmuş təlim keçirilib

Date:

Paylaş:

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) üzrə növbəti mərhələyə keçmiş gənclər üçün bu gündən təlimlər başlayıb.

Bu barədə Nazirlikdən bildirilib. 

Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, İmişli, Bərdə və Zaqatala rayonlarında keçirilən təlimlər biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi mövzusuna həsr olunub.

“İlk təlimlərdə gənclərin fəallığını və aqrar biznesə böyük həvəsini hiss etdik. Gənclərin biznes ideyalarının reallığa uyğun olması xüsusilə diqqətimizi cəlb etdi. Misal üçün qeyd edim ki, İmişli rayonundakı təlimdə iştirakçıların dərs zamanı çəkdikləri nümunələrdən, tapşırıqlardan heyvandarlıq sahəsinə böyük maraq göstərdiklərini müşahidə etdik. Əminik ki, nümunə üçün təklif edilən layihələr dayanıqlı bizneslərin əsasına çevrilə biləcək”, – deyə AKİA-nın sədr müavini Namiq Məmmədov bildirib.

Qeyd edək ki, kənd yerlərində gənclərin aqrar məşğulluğunu artırmaq məqsədi daşıyan AMAL-a ölkə üzrə 1000-dən artıq gənc müraciət edib. 400-dən çox gənc layihədə iştirak üçün ikinci mərhələyə – təlimlər mərhələsinə keçə bilib. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan AMAL-çı seçilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...