Biznes-ideya: Zəfəranın yetişdirilməsi

Date:

Paylaş:

Qədim dövrlərdən bəri ədviyyatlar çox yüksək qiymətləndirilib. Maraqlıdır, indi də bu belədirmi? Və ümumiyyətlə, zəfəranın yetişdirilməsi ideyası müasir dövrdə aktual ola bilərmi? Bir şey dəqiq məlumdur ki, ədviyyatların yetişdirilməsi, nəql edilməsi və saxlanılması böyük xərclər tələb edir. Demək olar ki, digər əmtəələrdən qat-qat artıq olan xərclər.

Dünyada ən bahalı ədviyyat zəfərandır. Adaçayı, zəncəfil, mərzə, şeytantərsi və digər ədviyyatlar qiymətinə görə zəfərana çata bilmirlər. Zəfəranın istehsal xərcləri o qədər də çox deyil. Bu fakt, zəfəranın yetişdirilməsi biznes-ideyasını cəlbedici edir. Zəfərana bəzən “qırmızı qızıl” da deyirlər. Əlbəttə ki, bu ədviyyatın yetişdirilməsində bir çox xırda nüanslar vardır. Onları nəzərə almasanız, “qırmızı qızılı” ın bəhrəsini görə bilməyəcəksiniz.

Dünyanın ən bahalı ədviyyatı neçəyədir?

Zəfəranın bu qədər qiymətli olmasının səbəbi nədir? Məsələ ondadır ki, zəfəran yalnız xörəklərin hazırlanmasında deyil, eyni zamanda tibdə və kosmetologiya sahəsində də geniş istifadə olunur.

Bu ədviyyatı yetişdirmək üçün, krokusdan istifadə etmək lazımdır. 70 min krokus çiçəyindən təxminən 1 kq zəfəran almaq olar. Zəfəranın topdan satış qiyməti bir kiloya 450-700 dollar təşkil edir. Zəfəran harada yetişdirilir? Zəfəranın ən bahalı növü yunan, ən ucuz növü isə İran zəfəranı hesab olunur.

 

Siz təkcə krokus çiçəklərinin satışından deyil, eyni zamanda onun yetişdirilməsində istifadə olunan əkin materialının satışından da gəlir əldə edə bilərsiniz.

Əkin və baxım

150 ədəd krokus gülündən 1 q zəfəran alınır. Bu təmiz, quru və “satış” məhsuludur. Əgər 1 hektar əkin sahəniz varsa, ildə 20 kiloya qədər hazır məhsul götürə bilərsiniz. “Qırmızı qızıl” ın pərakəndə satış qiyməti daha yüksəkdir (1q = 10 dollar). Əgər sadə riyazi hesablamalar aparsaq görə bilərik ki, 7 sotka əkin ərazisi bizə 1 kilo hazır məhsul verəcəkdir.

Sizin daimi müştəriləriniz ola bilər:

  • ədviyyatlar bazarı
  • restoranlar
  • ərzaq bazarları
  • internet-mağazalar

İlk başlarda həcm dalınca qaçmağınız məsləhətli deyil, çalışın istehsal prosesini kiçik əkin ərazilərindən başlayasınız. Belə ki, bu halda heç nə itirmədən təcrübə əldə etmiş olacaqsınız. Ayrıca onu da qeyd etmək lazımdır ki, “qırmızı qızıl” yorğunluğu aradan qaldırmağa kömək edir.

Krokus çiçəklərinin özəlliyi

Zəfəran (Crocus sativus) –  süsənkimilər fəsiləsinə aid bitkidir. Çiçəklər tünd sarı, ağ, bənövşəyi və ya ağımtıl mavi rənglərdə olur. Yarpaqlar adətən tünd yaşıl rəngdə olurlar. Krokus payız və ya yaz fəsillərində çiçək açır. Əslində, zəfəran və krokus eyni şeydir..

Bəzi mütəxəssislər “qırmızı qızıl” ı qoji və ya steviya ilə bir arada yetişdirirlər. Belə ki, bu bitkilər bir-birinə tez uyğunlaşa bilirlər. Zəfəran adətən avqust ayında əkilir, bu halda bitkinin inkişaf prosesi düzgün olacaqdır. Yarpaqlar sarılandan sonra, bitkinin kökü çıxarılır və qurudulur.

Zəfəranın ev şəraitində yetişdirilməsi mümkündürmü?

Zəfəranın yetişdirilməsində temperatur mütləq qaydada nəzərə alınmalıdır. İşıqlandırma və günəş kimi amillər də böyük rol oynayır. Torpaq məhsuldar olmalı, bir az qum və ya əvvəlcədən hazırlanmış peyin də əlavə edə bilərsiniz.

Zəfəran – xüsusi bitkidir. Nəzərə alın ki, bu bitki 5 ildən artıq eyni torpağa əkilə bilməz. Korkus sərin havaya qarşı da dözümlüdür. Mineral gübrələrin verilməsi əsas şərtlərdən biridir.

Məhsulu oktyabr ayında yığın! Çiçəklənmə gününü qaçırmayın! Bütün çiçəklər mütləq qaydada eyni gündə yığılmalıdırlar (çiçəklənmə dövründə, hansıki 2 həftə davam edir)

Əgər torpaq kifayət qədər məhsuldar, iqlim şəraiti isə əlverişli olarsa, bol məhsul götürmək şansınız olduqca yüksəkdir. Çalışın işinizə sevgi və məqsədyönlülüklə yanaşın, o zaman bu biznes sizə təkcə sevinc deyil, eyni zamanda gəlir də gətirəcək.

 




Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...