Biznes-ideya : Popkorn satışı

Date:

Paylaş:

Popkorn  – qəlyanaltı qidadır, 15 il bundan əvvəl daxili bazarda mövcud olub və milyonlarla insanın rəğbətini qazanaraq parkların, stadionların, kino zalların, əyləncə məkanlarının və supermarketlərin imtina edilməz məhsuluna çevrilib. Bu dadlı və diqqət çəkən qida uşaqların və böyüklərin sevimlisi olmaqla yanaşı həm də effektiv gəlir mənbəyidir. Sənaye istehsalı üçün bir o qədər də uyğun deyil, çünki, yalnız təzə hazırlanmış halda dadlıdır. Bu, kiçik biznes və popkorn-un satış metodikası və hazırlanma texnologiyasını bilən biznes nümayəndələri üçün yol açır. 700% gəlirlilik fantastik göstəricidir.

Popkorn biznesi: yolun başlanğıcı

İcazə sənədlərinin və mümkün bütün lisenziyaların əldə edilməsi məsələnin hüquqi tərəfidir.

Popkorn biznesinə yatırım az olur. Başlanğıc üçün  800-1500 azn. 1,5 kv.km. sahə 200 manatdan baha olmayacaq. Biznesə yayda başlanarsa parkda və ya gur küçələrdə məkan tutmaq daha ucuz olmaya bilər,əsas odur ki, yer insanların çox olduğu bir ərazi olsun.

Kukuruzları hazırlayan sadə aparatı 250-300 azn-ə əldə etmək olar ( məsələn, Çin istehsalçısının VBG-801 aparatı). İlkin istehsal üçün (4,5 kq/s)  tam kifayət edəcək. Sonra daha bahasını (2000 dollara qədər), amma həm də daha davamlı və amerikan texnikası istehsallı ( 10 kq/s) olanını əldə etməklə aparat parkını yeniləmək olar.

Küçə ticarəti üçün, hərəkət edə bilən və estetik daşıyıcı-vaqonun olması daha məqsədəuyğundur ( 200 azn) ki, onda aparatı yerləşdirmək və xammalla bağlamalar üçün xüsusi yer təchiz etmək mümkün olsun. 

Popkorn istehsalının sirləri

Popkornun keyfiyyəti xammaldan və popkornun istehsal texnologiyasından birbaşa asılıdır. Əsas xammal komponenti qarğıdalı dənəsi və bitki yağıdır. Qarğıdalının xüsusi növündən istifadə edilir. Peşəkar fəaliyyət dairəsində əsasən “kəpənək” adlanan sort tətbiq edilir və o  da əlavə 3 kateqoriyaya bölünür.

“Kiçik kəpənək” növünün həcmi 42 dəfə artıq və hazır olduqdan sonra çox yumşaq və kövrək olur. O, yalnız evdə istifadə üçün uyğundur. “Ortaölçülü kəpənək” 43 dəfə həcmini artırır, öz zərifliyi və ağızda yaxşı həll olunması ilə fərqlənir, gəlirliliyi ilə də seçilir. Ondan adətən kinoteatrlarda və parklarda istifadə edirlər. “Böyük kəpənək” ( 42 dəfə artır ), bir qədər bərk olur və parçalanmır, kiçik miqyaslı sənaye istehsalında istifadə edilir və zahirinə heç bir zərər gəlmədən daşınıla bilir. “Karamel” adlı daha bir növ də vardır ( həcmi 36-38 artır), o partlayarkən yumru olur və şirin popkorn üçün nəzərdə tutulub.

Yağa gəldikdə isə günəbaxan yağı, soya,palma və kokos yağları olar, amma heç bir halda raps və ya kərə yağı olmaz. Kokos yağının istifadəsi ən yaxşı variantdır, duzlu kukuruz üçün  sarı yağ, şirin üçünsə ağ yağ münasibdir.

Məhsul, duz, şəkər, ədviyyatlar və digər əlavələrlə tamamlanır, onlar popkorna xüsusi dad və rəng verir.

Tələbata cavab vermək üçün  çeşid, azı duzlu və şirin popkorndan ibarət olmalıdır.

Və dha bir vacib məqam – xammalın saxlanmasının özəllikləri. Kokos yağı +28 dərəcə istidə əriyir, buna görə də ona sərin mühit lazımdır. Kukuruzların saxlanması üçünsə tam qapalı konteynerlər lazımdır, çünki rütubətini itirmiş dənəciklər açılmır və onlardan partlamış popkornlar alınmır.

Hazır popkornun qablaşdırılması kağız paketlərdə, müxtəlif ölçülü fincanlarda və ya xüsusi konusvari kartonlarda olur.

Qiymətləndirilməsi

Popkorn satışından belə yüksək gəlir necə əldə edilir?

Yüksək keyfiyyətli kukuruz dənəsinin bir torbası 22,68 kq və 40 dollar edir. Popkorna çevrilmə prosesində hər bir torba kukuruza 20 dollarlıq yağ gedir. Yağ və digər inqrediyentlər tədarükçülərə qarğıdalı dənələri ilə birlikdə satılır. 22,68 kq kokos yağı çəlləyi 65 dollara satılır.

Bir torba qarğıdalı dənəsindən bir unsiya həcmində ( ölçü vahidi) 850 fincan popkorn alınır. 0,81-0,95 azn-lik bir porsiya ilə bir torbadan 50 fincan satış alınır, 800-ü isə sizin xeyrinizə qalır.

30 gün işləməklə və ayda 100 fincan əldə etməklə siz 3,5 torba satacaqsınız və bir fincanı 0,95 azn-ə satmaqla 2900 azn gəlir əldə edəcəksiniz. 0,27 azn-lik bir fincanın qiymətini ( kukuruzun,yağın və fincanın qiyməti), iki satcının xərcini ( 820 azn) və arendaya ödənişi ( 280 azn ) çıxırıq. Nəticədə vergilərin ödənilməsi ilə 850-950 azn aylıq gəlir əldə etmiş oluruq.

Səhmlərin geri qaytarılmsı bu hesabla 2-3 ay çəkir.

Heyət

Heyətin təşkili sizin üçün bir qədər “baş ağrısı”na səbəb ola bilər. Sadiq, vicdanlı satıcı tapmaq asan deyil. Adıçəkilən keyfiyyətlərdən birinin olmaması böyük itkilərə gətirib çıxarır. Sanitar kitabça əldə etmək asan deyil, düzgün olmayan işçi sizi aldadır, astagəl satıcı isə potensial müştərilərini itirir. Beləliklə də əgər bu sizə 410 azn-lik xərclə başa gəlsə, bunu böyük uğur hesab edin.

Çıxış yolu axtaransa onu  mütləq tapır. Özünüzə inanın və sizdə hər şey alınacaq!

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...