Biznesə dəstəklə bağlı təkliflər paketi təqdim olunub

Date:

Paylaş:

Koronavirus böhranının təsirini azaltmaq üçün biznesə dəstək təkliflərində gömrük rüsumlarının azaldılması, kreditlərdə güzəşt, icarə haqları və maaşların ödənilməsində iş adamlarına dəstək də nəzərdə tutuur.

Bu təklifləri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Biznesə dəstək üçün yaradılan işçi quplardakı müzakirələr zamanı təqdim edib.

Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması daxildir.

Bundan başqa, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi də təklif edilir.

Təkliflərdə icarə haqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması – yəni bu vəsaitlərin dövlət tərəfirndən ödənilməsi təklif edilir.

Su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması da təkliflər arasındadır.

Maraqlı təkliflərdən biri də işəgötürənlərə və işçilərə dövlət dəstəyinin verilməsidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...