“Biz rəqabətə dözə bilmədik, “bankrot” olduq”

Date:

Paylaş:

“Ölkəmiz inkişaf etdikcə yeni köşklər qoyulmağa başladı və biz rəqabətə dözə bilmədik, “bankrot” olduq”.

Bunu “Qasid” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Mirkazım Kazımov bildirib.

“Müstəqillik əldə etdiyimiz dövrdə “Qasid” tək firma idi. Mən bu quruma rəhbər gələndə ölkəmizdə 75 qəzet çap olunurdu. Ancaq birdən-birə bu say 350-yə qalxdı. Son illər sosial şəbəkələr, saytlar açılandan sonra qəzetlərin bazarı öldü. Açığını sizə deyim ki, bu gün bir çox qəzet biri-birindən köçürür. Bu gün heç kim gedib 10 manat verib, qəzet alan deyil. Hər bir oxucunun da öz qəzeti var. Hansını sevirsə, onu alır. Bəzi qəzet sahibləri deyir ki, mənim qəzetimi niyə satmırsan? Ancaq düşünmür ki, mən ondan çox onun qəzetinin satılmasını istəyirəm. Çünki qəzet satılan zaman firmaya da vəsait daxil olur. Ölkəmiz inkişaf etdikcə yeni köşklər qoyulmağa başladı və biz rəqabətə dözə bilmədik, “bankrot” olduq”,- Mirkazım Kazımov deyib.

Mirkazım Kazımov qeyd edib ki, “Qasid”in qəzetlərə borcu var:

“Bəli var. Çox qəzetlərə bizim borcumuz var. 1-2-si məni məhkəməyə də verib. “Azadlıq” qəzeti  yazır ki, guya mən onların 70 min pulunu mənimsəmişəm. Ancaq mən onların qəpiklərinə də əl vurmamışam. Bunu özləri də bilir. Sadəcə anti-təbliğat aparırlar. “Yeni Müsavat”, “Azərbaycan” və bir neçə qəzet məni məhkəməyə verib. “Azadlıq”  qəzeti isə bilir ki, mən onların pulunu mənimsəməmişəm və ona görə məhkəməyə verməyib”.

O, “Ümumiyyətcə, “Qasid” firmasının qəzetlərə borcu çoxdurmu?” sualına “Bəli. Müəyyən məbləğ var” cavabını verib.

Mirkazım Kazımov borcun məbləğini açıqlamayıb:

“Çünki bunu dəqiq deyə bilmərəm. Hazırda demək olar ki, “Qasid” firması fəaliyyətini dayandırıb. Fəaliyyətimiz yoxdur. İşçilərin hamısı ixtisara düşüb”. /marja

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...