“Twitter”in baş direktoru Jack Dorsey pandemiyadan ziyan çəkən sosial şəbəkəsinin istifadəçilərinə yardım etmək qərarına gəlib Bu barədə Forbes yazır. Bunun üçün o, #cashtag hashtag-nı elan edib.
Jack Dorsey startapçılara və digər şəxslərə özünün Cash App ödəniş xidməti vasitəsilə kömək edir. Sahibkar məhz bu sistem vasitəsilə ianələr toplamağı təklif edir. Dorsey özü isə öz tətbiqinin köməyilə ehtiyacı olanlara pul köçürür.
Qeyd edək ki, CashApp ödəmə xidməti Dorsey-in idarəçiliyi altında olan Square şirkətinə məxsusdur.