Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Biz çalışdığımız qurumlarda kişi həmkarlarımızla bərabər maaş tələb etməliyik”

“Biz çalışdığımız qurumlarda kişi həmkarlarımızla bərabər maaş tələb etməliyik”

179
Paylaş

“Biz çalışdığımız qurumlarda kişi həmkarlarımızla bərabər maaş tələb etməliyik”.

“Bizplus.az” xəbər verir ki, bu sözləri Avropa Şurasının eksperti Gülbin Ayşə Karabat Bakıda keçirilən “Mediada Gender Bərabərliyi” təlimində deyib.

“Qadınların etirazından sonra BBC korporasiyası bunu etdi. Onların maaşını kişilərlə bərabər səviyyəyə çatdırdı.

Qadınlarla bağlı mövzular təkcə 8 martda müzakirə olunmamalıdır. Martın 8-də onların hüquqlarından danışırıq, amma 9 martda isə artıq heç nə yoxdur. Televiziyanı açıb hansısa siyasi verilişə baxanda ekranda yalnız bir neçə kişi görürük. Buna qarşı mübarizə aparmalıyıq. Mediada qadınlarla bağlı mövzuları çoxaltmalıyıq.

Məsələn, İsveçdə Dövlətin qərarı var ki, televiziyada verilişlərin ən azı 50 faizi qadınlarla bağlı olmalıdır.

Jurnalistlər xəbər yazanda “qadın sürücü qəza törətdi” kimi cümlələr işlətməməlidir”, – deyə G.A.Karabat qeyd edib.