Əsas səhifə Biznes sahələri Texnologiya Biyonik göz vasitəsilə təkrar görmək mümkündür

Biyonik göz vasitəsilə təkrar görmək mümkündür

94
Paylaş

Jason Esterhuize adında bir adam keçirtdiyi avtomobil qəzasında görmə bacarığını itirir. Dünyada sadəcə 6 insanda istifadə edilmiş və sinir implantlarına bağlanan kameradan hazırlanan Biyonik Göz taxılan Jason təkrar görməyə başlayır. Orion adındakı Biyonik Göz kamera vasitəsilə görüntüləri çəkir, sonra bu görüntüləri elektrik siqnallarına çevirərək beyindəki görmə mərkəzinə göndərir. 7 ildən sonra Jason bu şəkildə görməyə başlayır.

Orion Biyonik Gözü, Second Sight adında bir şirkətin məhsuludur və ən böyük fərqi göz hüceyrələri ölü olsa belə şəxsin təkrar görə bilməsinin mümkün olmasındadır.

Second Sight şirkətinin Orion cihazı digər gözlərdən fərqli olaraq siqnalları bir-başa beyinə yolladığı üçün göz hüceyrələri ölü olsa belə görmək mümkün olur. Jason Esterhuize’a bu gözü taxan həkim Nader Pouratian deyir ki, bu biyonik gözü istifadə edə bilmək üçün şəxsin gözünün olmasına belə ehtiyyac yoxdu. Digər tərəfdən Orion cihazının da riskli tərəfləri var. Siqnallar beyinə bir-başa getdiyi üçün ilk öncə beyin əməliyyatı olunmalıdı. Bu əməliyyat da bir xeyli risklidir və infeksiyalara qarşı beyini çətin vəziyyətə salır. Əlbəttə Orion biyonik gözlər içində ən mükəmməli deyil. Stanford Üniversitetinin hal-hazırda üzərində işlədiyi bir başqa biyonik göz vasitəsilə insanlar ən xırda yazıları belə oxuya biləcək dəqiqliyə malik olacaq.