İzləyicilər nişanların köməyilə müəllifləri həvəsləndirə biləcəklər.
Məşhur “BitTorrent” və “uTorrent” müştəri-torrentlərinin işçisi “BitTorrent” Live” canlı yayım xidmətini istifadəyə verir. 27 martda şirkət beta-test xidmətində iştirak etmək üçün ərizələrin qəbulunu açıq elan etdi.
Xidmətin açıqlamasında deyilir ki, “BitTorrent Live” istifadəçilərə smatrfondan canlı yayım açmağa və izləyicilərlə çatda danışmağa imkan verir. İzləyicilər onları maraqlandıran mövzularda yayımlar axtra bilərlər.
Xidmət “BitTorrent” müştərilərinə uyğun p2p-şəbəkəsi kimi işləyəcək. VentureBeat şirkətinin nümayəndəsi deyib ki, bu, məzmunun yayılmasının qarşısını alacaq və komissiya tələb edən istifadəçilər arasında vasitəçilərin olmasından qurtulmağa kömək edəcək.
Zamanla şirkət “BitTorrent Live”-ə “blockchain” texnologiyasını əlavə etməyi planlaşdırır, belə ki, bunun sayəsində istifadəçilər əlavə olaraq şəxsi məlumatlarını qoruya biləcək və “BTT tokenlər”lə , həmçinin müəlliflərin mükafatlandırılması üçün mikrodəyişməni həyata keçirə biləcəklər.
“Təsəvvür edin , siz sevimli idmançınızla söhbət edirsiz, musiqi festivalı atmosferinə köklənirsiz və ya öz maraqlarınıza uyğun dostlar tapırsız və bütün bunları bizim tətbiqimizdən istifadə etməklə reallaşdırmaq mümkündür.
Xidmət ilin ikinci kvartalında testdən keçiriləcək, 2019-cu ilin sonunda isə ictimayyətə təqdim edilməsi planlaşdırılır.
Bu “BitTorrent”-in ilk “striminq” xidməti deyil : 2011-ci ildə şirkət eyniadlı xidməti istifadəyə verdi, belə ki, bunun vasitəsilə Bloomberg TV və CBC kimi kanalların pulsuz canlı yayımını izləmək mümkündür. Şirkət bu layihəni 2017-ci ildə bağladı. Şirkətin nümayəndəsi vurğulayıb ki, “BitTorrent” Live-in yeni buraxılışında teleyayımlar olmayacaq.