Bitkoinin terroristlər tərəfindən mənimsənilməsi niyə problemdir?

Date:

Paylaş:

İri terrorist qrupları kriptovalyutanı diqqətdə saxlamağa başlayıblar. İndi onlar heç bir cəza almadan ianələr toplaya və onlayn əməliyyatlar həyata keçirə bilərlər. Bunun öhdəsindən gəlmək isə hələ ki, mümkün deyil. The New York Times qəzeti islamçıların nişanlara (tokenlər) münasibətini şərh edib.

Bitkoin çoxdan qanun pozucuları arasında geniş yayılıb: kriptovalyutaya görə gizli şəbəkədə narkotik və silahlar satılır. Səbəblər isə aydındır – hər kəs cüzdan yarada bilər, amma sistemdə PayPal kimi mərkəzi idarəçi yoxdur.

Lakin HAMAS və İŞİD kimi iri terrorist qrupları da bitkoini diqqətə alıblar. Əvvəllər onlar qərb güclərinin qadağalarına baxmayaraq rəqəmsal pulsuz rahat keçinə bilirdilər.

Fələstindəki sahil ərazini nəzarətdə saxlayan HAMAS, Qətər kimi xarici hökumətlərin məbləği yüz milyonlarla dollara çatan ianələri hesabına ayaqda dayanıb. İŞİD isə nəzarəti altında olan ərazilərdən toplanan vergilərlə dolanıb. Amma zaman dəyişib.

HAMAS-a qarşı sanksiyalar daha təsirli olub, İŞİD isə ərazilərin çoxunu itirib. İqtisadi məhdudiyyətlərə cavab olaraq terroristlər bitkoinə əl atıblar. 

HAMAS-ın hərbi “İzz ad-Din əl-Kassam” briqadaları kriptovalyuta ianələri yığmaq üçün yeddi dildə sayt açıblar. Ora girənlər pul göndərmək üçün unikal bitkoin-ünvanlarla qarşılaşırlar. 

Ekspertlər əminliklə deyirlər ki, bu inkişaf edəcək bir trenddir və gələcəkdə ekstremistlər fəal surətdə texnologiyaya doğru hərəkət edəcəklər. Bu problemə artıq amerikan canişinləri biganə qala bilməyiblər.

Əslində bu hal yeni deyil – hələ 2016-cı ildə İraq terroristləri kütləvi kriptovalyuta maliyyələşdirmə kanpaniyası həyata keçiriblər. Amma o vaxt icraçılar bir ünvandan istifadə ediblər və onu da qanun keşikçiləri çox asanlıqla izləyə biliblər, toplanan məbləğ isə yalnız bir neçə min dollar olub. Keçən il “İzz ad-Din əl-Kassam” briqadaları vəsaitin bir hissəsini Amerikanın Coinbase cüzdanında saxlayıblar – onları İsrailin Whitestream şirkəti tapıb və hesabları blok ediblər.

Lakin terroristlər səhvlərindən öyrənirlər. “İzz ad-Din əl-Kassam” indi təmamilə avtonom cüzdanlardan istifadə edir və hər ianəçiyə unikal ünvan verir. Ekspertlər hələ də əmindirlər ki, onlar tərəfindən toplanan məbləğ böyük olmasa da onları nəzarətdə saxlamaq çətindir.

Problemi qaydasına qoymaq üçün  ABŞ-ın Maliyyə Nazirliyi beynəlxalq qaydaların tətbiq edilməsində təkid edir. Həmin qaydalara görə kriptovalyuta mübadiləçilərindən hər göndəricinin ID-yoxlanmasını həyata keçirmək tələb olunur.

Bu qeyri-leqal əməliyyatların aşkarlanmasını asanlaşdırmalıdır. Lakin yenə də terroristlər bir addım öndə olacaqlar – onlar artıq bir tərəfdən bitkoinin kriptovalyutaya keçməsi sayəsində, ən yaxşı anonimliyi təmin qaydaları aşmağa hazırdırlar.

Kiçik Corc Buş administrasiyasında terrorizmlə mübarizə üzrə məsləhətçi Juan Zarate deyir: “ Məncə, terrorist qruplar indi ekstrimal vəziyyətdədirlər – onlar hər şeyi necə daha yaxşı təşkil etmək üzərində düşünürlər. Problem də ondadır ki, biz onların eksperimentləri davam etdirdiyini görürük”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...