ABŞ-ın Florida ştatında məhkəmə avstraliyalı Craig Wright-a qarşı 4 milyard dollarlıq cərimə tətbiq edib. Məhkəmənin verdiyi qərara görə, o Dave Kleiman ilə birlikdə yaratdığı bitkoinləri qeyri-qanuni şəkildə əldə saxlayır.
Bu haqda Bloomberg-ə istinadən məlumat verir. Qərara görə, Craig Wright bitkoin həmmüəllifinin ailəsinə 410 min ədəd bitkoin qaytarmalı olacaq.
Wright özü məhkəmə iclası zamanı 2009-2013-cü illərdə buraxdığı bitkoinlərə çıxışa sahib olmadığını bildirib.
Hakim Bruce Reinhart, Craig Wright-ı yalan danışmaqda günahlandıraraq bildirib ki o, kriptovalyutaları harada saxladığını çox yaxşı bilir.
Craig Wright-ın bitkoin yaratması barədə hələ 2015-ci ildə danışılmışdı. Lakin avstraliyalı şəxs bitkoinin həmmüəllifi olduğunu sübut edə bilməmişdir.