Əsas səhifə Biznes sahələri Kriptovalyuta Bitcoin yenidən bölünə bilər

Bitcoin yenidən bölünə bilər

564
Paylaş
Bitcoin
Bitcoin

Bitkoin noyabr ayında yenidən bölünə bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bitkoinin yaradıcıları kriptovalyuta bazarının sürətli inkişafını nəzərə alaraq üçüncü bitkoin növünü yaratmağa hazırlaşır. Qeyd edək ki, bitkoin 2017-ci il avqustun 1-də bitkoin və bitkoin kəşə (BCC) bölünüb.

Məşhur kriptovalyuta investoru Rocer Verə görə, bu dəfə bölünəcək kriptovalyuta BCC olacaq. İnvestor öz sərmayəsinin bir hissəsini bu kriptovalyutaya keçirdiyini bildirib.

Xatırladaq ki, hazırda BCC-nin qiyməti 470 ABŞ dollarına yaxındır. Əgər həqiqətən də BCC bölünsə, o zaman onun qiymətində kəskin artım müşahidə oluna bilər.