Əsas səhifə Biznes sahələri Kriptovalyuta “Bitcoin” valyuta bazarını ələ keçirəcək

“Bitcoin” valyuta bazarını ələ keçirəcək

847
Paylaş

Qarşıdakı 10 ildə 1 “Bitcoin”nin dəyəri 50 min dollar təşkil edəcək.

Oxu.Az xəbər verir ki, bu proqnozla “Standpoint Research” investisiya şirkəti çıxış edib.

Şirkətin yaradıcısı Ronni Moasa görə, kriptovalyuta bazarında elə bir vəziyyət yaranacaq ki, 200 milyon insan bir neçə milyon “Bitcoin” almağa təşəbbüs edəcək: “Nəticədə bazarda yaranan defisit məzənnəni yüksəldəcək”.

Moas qeyd edib ki, hazırda dünyada olan kriptovalyutalar ümumi kapitallaşma səviyyəsinə görə “Goldman Sachs” (93,67 mlrd. dollar) kimi bankı ötüb: “Əgər rəqəmsal valyutaların qiyməti bu templə artmağa davam edərsə, yaxın 5 ildə 800 mlrd. dollar kapitallaşması olan dünyanın ən bahalı şirkəti “Apple”ı da ötəcək”.