“Bitcoin.com”un qurucularından biri “bitcoin”lərini satıb

Date:

Paylaş:

“bitcoin.com” saytının yaradanlardan biri olan Emil Oldenburq bütün “bitcoin”lərini satıb. Bu barədə “Business Insider” xəbər saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Oldenburq  bitcoinlərini “Bitcoin Cash”lə əvəzləyib. Belə ki, investorun sözlərinə görə, “bitcoin”in ticarət valyutası kimi perspektivi yoxdur: “Bitcoin”ə yatırım etmək ekstremal hadisə kimi hesab oluna bilər”.

“Bitcoin”in necə işlədiyini anladıqdan sonra insanlar ondan qaçmağa başlayacaqlar”, – deyə E.Oldenburq əlavə edib.

Saytın qurucusu bitcoinin zəif tərəflərinin yüksək komissiya və köçürmələrdə aşağı sürət kimi amilləri qeyd edib. Həmçinin bu valyutanın ötürücü şəbəkəsinin imkanları “blokun ölçüsü” ilə məhdudlaşdırılıb. Oldenburq qeyd edib ki, “bitcoin”də tranzaksiyalara görə komissiya haqları hər 3 ayda iki dəfə artırılır. Hər hansı əməliyyatın təsdiqi üçün isə ortalama 4,5 saat tələb olunur.

Qeyd edək ki, bitcoin.com kriptovalyuta sektorunda ən iri saytlardan birini idarə edir və 500 minə yaxın cüzdana sahibdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...