Əsas səhifə Biznes Bitcoin cash məzənnəsi 500 dolları ötüb

Bitcoin cash məzənnəsi 500 dolları ötüb

985
Paylaş
Bitcoin
Bitcoin

18 avqust tarixində hərrac zamanı Bitcoin Cash (BCC) məzənnəsi bir neçə saat ərzində 500 dollar səviyyəsini keçib və 569,72 dollar həddində qərarlaşıb.

Coinmarketcap məlumatlarına görə, Bitcoin kriptovalyutasından ayrılan Bitcoin Cash 17 avqust, günün ikinci yarısından başlayaraq artmağa başlayıb. Cümə günü isə 1 rəqəmsal qəpiyin qiyməti $567,76-a çatıb.

Valyutanın bazar kapitalizasiyası 9,364 milyard dollar təşkil edirdi və bu göstəriciyə əsasən, Bitcoin Cash Ripple valyutasını geridə qoyub və kriptovalyuta reytinqində üçüncü pillədə qərarlaşıb.