Hörmətli saytımızın izləyiciləri bu dəfə sizə Bitcoin gələcəyi və reallıq olaraq gözləntilər nədən ibarətdir? Bitcoin daima olacaqmı? Bitcoin-ə güvənməyə dəyərmi və digər sizi maraqlandıran suallara bir ekspert kimi cavab verməyə çalışacağıq.
Bu məqlani yazarkən artıq Bitcoin tarixi rekordu sayılan 1 BTC =3200 USD səviyyəsini test etmişdir. Bir çoxları bitcoin barədə hələ də, ümidsiz danışır və bu eyforiyanın çox gedməyəcəyi barədə yanlış mülahizələr söyləməkdədirlər. Yerli ekspertlərimiz isə ümumiyyətlə anlayışı olmadan fikir yürüdməkdirlər. Hal hazırda bazar payı 70 milyard dollara çatan bitcoin zəncirinin qırılması artıq real görünmür.
Bitcoini belə bahalaşdıran səbəblərdən biri məhz hal hazırda dünyada baş verən qeyri stabil iqtisadi fon və bir neçə super güclərin arasında davam edən iqtisadi problemlərdir. Bildiyimiz kimi Bitcoin heç bir quruma və dövlətə bağlı olmayan bir kripto valyuta növüdür. Bundan əvvəlki məqaləmizdə bu barədə daha geniş bilgi vermişdik. Son zamanlar dünya arenasında ajiotaj yarandı ki, Bitcoin 2 yerə bölünür və bununlada bir eranın sonu yaxınlaşmaqdadır. Lakin tam əksi olaraq Bitcoin daha da bahalaşdır. Bu parçalanma deyildi, sadəcə təkmilləşdirmə prossesidir. Bitcoin yaranan zaman 100-200 istifadəçi istifadə edirdisə indi artıq bu milyonlarla ölçülür və bu səbəbə görə yenilənmə və struktur təkmilləşdiriməsi vacib idi. Bunu səhv başa düşən analitklər həyəcan təbili çalmaqlarının əslində bir səbəbi var idi. Bu səbəb isə sadəcə spekulyaysiya adlanır. Süni ajiotaj yaradıb ucuz alıb baha satmaq. 70 milyard dollara çatan bir dövriyyə bir gündə heç vaxt məhv ola bilməz.
Əslinə qalsa kağız puldan imtina, kripto valyutaya keçmək ideyası çoxdan mövcuddur. Sadəcə buna zaman və səbr lazımdır. Gərək hər dövlətin hər bir vətəndaşının internet və ya İT resurslarından istifadə səviyyəsi yüksək olmalıdır ki, bu sistemlərdə pullarını virtual oğru və ya dələduzlara peşkəş etməsinlər.
Bitcoin sistemdə artıq bir neçə kripto valyuta mövcuddur və bu valyutalar gün-gündən bahalaşmağa doğru gedməkdədir. Yəni izah olaraq deyə bilərik ki, kripto valyutalar öz ölkəsinə, öz istifadəçisinə görə bazarda öz dəyərin tapır və stabil kursla inkişaf edir. Çox güman bu yaxınlarda bir neçə dövlət artıq rəsmi olaraq oz kripto valyutalarını istifadəyə buraxacaqdır. Bunlardan biri məsələn RuCoin və ya digər bir adla qarşılaşa biləcəyimiz Rusiyaya aid olan kripto valyuta ola bilər.
Artıq dünya iqtisadiyyatı və dünya bazarları bir tək dollardan asılı olmaq istəmirlər. Şaxələnmiş və heç bir dövlətin iqtisadiyyatından asılı olmayan sırf mübadilə üçün dövlətlər arası istifadə edilə biləcək kripto valyuta zamanı yaxınlaşmaqdadır. Bitcoin artıq bir çox ödəmə terminalları və chek out sistemləri tərəfindən tam dəstəklənməkdədir. Dünyanın nəhəng şoping saytları və şirkətləri BTC-ni artıq pul kimi qəbul edir. Heç bir kəsə bağlı olmadan sadəcə internet vasitəsilə istədiyiniz yerə pul göndərib və qəbul etməyiniz bu sistemi daha da cəzb edici edir.
Bitcoini sadə vətəndaşlar mədənçilik (mining) üsulu ilə əldə edə bilərlər. Bildiyimiz kimi hazırda forex bazarları, birjalar və bu tipli sistemlər, real vaxt kəsimində işlədiyinə görə və bütün dünya ilə əlaqədar olmasına görə daha çox İT resurslara tələb yaranıb. Bir forex və ya birjanın bütün dünyaya öz şəbəkəsini çəkmək qeyri real və maddi olaraq da, mümkünsüz olmasına görə bu mədənçilik sistemi ilə sadə istifadəçilərin kompüterlərini şəbəkəyə bağlayıb real vaxt kəsimində istifadə edirlər. Mədənçilikdə əsas rolu oynayan detal kompüterin videokartının prosessorudur. Nə qədər güclü və çoxlu sayda videokartla bu sistemə bağlansanız daha çox pul qazana bilərsiniz. Artıq Çin və bir sıra ölkələrdə Videokartlardan ibarət fermalar fəaliyyət göstərməkdədir. Bu fermalarda eyni anda on minlərlər qrafik kart çalışmaqdadır. Sadə istifadəçilər isə 3-6 videokartdan ibarət RİG adlanan sistemlə pul qazanmaq şansını əldə edirlər. Bir növu yatırım edib müəyyən zaman sonra isə pul qazanırlar. 5000 dollar ətrafında qurulan mini ferma (riglər) ay ərzində 500 dollar civarında qazanc vermək gücünə malikdir.
Lakin bir nüansı nəzərinizə çatdırım ki, Bitcoin limitlidir. Nəzərdə tutulan bitcoin sayı günü gündən azalmaqdadır. Bu azaldıqca isə qiyməti bahalaşmağa doğru gedəcəkdir. 10 dollardan başlayan 1 bitcoin artıq 3200 dollardan bahadır. Bitcoin sistemi günü gündən təkmilləşdirilməkdədir. Bitcoin bitsə belə digər formada elektron kripto valyutalar günü gündən dünya birjalarında boy göstərməkdədirlər. Bunlar arasında LiteCoin, DogeCoin, Etherium və bu cərgə günü gündən artmaqda davam edir.
Son zamanlar verilən bir sual hamını çox narahat edir. Bitcoin və ya elektron kripto valyutanın ömrü nə qədər olacaq? nə vaxta kimi davam edəcək?
Bir çox yerli “ekspert” lər sadəcə xarici KİV lərə istinadən deyirlər ki mənasız bir işdir bu yaxınlarda sonlanacaqdır.
Lakin tam tərsi olaraq sizin nəzərinizə çatdırırıq ki, bu sistem hələ indi indi dünyada yayılmaqdadır və yayılma coğrafiyası sürətlə genişlənməkdədir. Bir çox kompüter detalları istehsal edən şirkətlər artıq sırf Mininglə (mədənçiliklə) məşğul olanlar üçün, ana platalar, videokartlar, qida blokları istehsal etməyə başlayıbıar. Dünyanın aparıcı şirkətləri artıq bu sahəyə yatırım edib məhz bu sistemdə çalışması üçün detal istehsal edirsə, deməli bu mining sistemi hələ çox zaman aktual qalacaqdır. Heç bir istehsalçı öz zavodunda 5-10 ədəd texniki qurğu istehsal etmir. Bunun istehsalı üçün milyonlar xərclənir və konveyere istehsala gedən qurğuların sayı milyonlarla ölçülməkdədir. Bütün bunları hesablayanda milyardlıq layihələri heç bir şirkət boşu boşuna risk edib reallaşdırmaz.
Gələn mövzumuzda isə elektron valyutanın dövlətlər arası mübadiləsi, dövriyyəsi və digər sizi maraqlandıran suallara cavab verməyə çalışacağıq.
Müəllif: Cavid Talıbov
Bitcoin haqqında ən çox verilən suallar və cavabları
bitcoin almaq, bitcoin nedir, bitcoin qeydiyyat, bitcoin register, bitcoin login, bitcoin wallet, kriptovalyuta, blockchain