Səhmlərə, istiqrazlara və qarşılıqlı investisiya fondlarına 10,000 ABŞ dollarından çox sərmayə qoyan ABŞ investorlarının dörddə biri bitcoini «çox riskli» investisiya hesab edir.
Gallup və Wells Fargo sosioloji bir araşdırma aparıb. ABŞ-dan olan investorlardan bitcoin haqqında fikirlərini soruşublar. Beləliklə, təxminən iki min nəfərlik yetkin Amerikalı müsahibədə iştirak edib.Məlum olub ki hal hazırda respondentlərin yalnız 2% -nin bitcoini var, 70% -dən çox hissəsi isə «bitcoin almaqda maraqlı olmadıqlarını» bildirdilər. Digər 26% «maraqlandıqlarını», lakin yaxın gələcəkdə bitcoin almağı planlaşdırmadıqlarını bildirdilər.
Tədqiqat göstərir ki, az sayda investorların rəqəmsal valyutalara malik olmasının əsas səbəbi bitcoin-də investisiya riskidi. Xüsusən, 75% bitcoini «çox riskli» hesab edir, 0.5% (və ya 10 nəfərdən az) bitcoinin «heç bir risk daşımadığına inanır». Yalnız 2% bitcoinin «çox riskli aktiv olmadığını » və qalan 23% bitcoinin «bir qədər riskli aktiv» olduğunu düşünür.
Hal-hazırda çox investorlar bitcoin haqqında az məlumat bilirlər. Çox az adam bitcoin’e artıq sərmayə qoymuşdur və hətta daha az investor yaxın gələcəkdə bunu planlaşdırır
Gallup və Wells Fargo mütəxəssisləri