Əsas səhifə Biznes sahələri Kriptovalyuta Bitcoinə sərmayə qoymağa dəyərmi-investorların fikirləri

Bitcoinə sərmayə qoymağa dəyərmi-investorların fikirləri

240

Səhmlərə, istiqrazlara və qarşılıqlı investisiya fondlarına 10,000 ABŞ dollarından çox sərmayə qoyan ABŞ investorlarının dörddə biri bitcoini «çox riskli» investisiya hesab edir.

Gallup və Wells Fargo sosioloji bir araşdırma aparıb. ABŞ-dan olan investorlardan bitcoin haqqında fikirlərini soruşublar. Beləliklə, təxminən iki min nəfərlik yetkin Amerikalı müsahibədə iştirak edib.Məlum olub ki hal hazırda respondentlərin yalnız 2% -nin bitcoini var, 70% -dən çox hissəsi isə  «bitcoin almaqda maraqlı olmadıqlarını» bildirdilər. Digər 26% «maraqlandıqlarını», lakin yaxın gələcəkdə bitcoin almağı planlaşdırmadıqlarını bildirdilər.

Tədqiqat göstərir ki, az sayda investorların rəqəmsal valyutalara malik olmasının əsas səbəbi bitcoin-də investisiya riskidi. Xüsusən, 75% bitcoini «çox riskli» hesab edir,  0.5% (və ya 10 nəfərdən az) bitcoinin «heç bir risk daşımadığına inanır». Yalnız 2% bitcoinin «çox riskli aktiv olmadığını » və qalan 23% bitcoinin «bir qədər riskli aktiv» olduğunu düşünür.

Hal-hazırda  çox investorlar bitcoin haqqında az məlumat bilirlər. Çox az adam bitcoin’e artıq sərmayə qoymuşdur və hətta daha az investor yaxın gələcəkdə bunu planlaşdırır

                                                                          Gallup və Wells Fargo mütəxəssisləri