Əsas səhifə Biznes Birja tətbiqi Robinhood 110 milyon dollar yatırım aldı

Birja tətbiqi Robinhood 110 milyon dollar yatırım aldı

896
Paylaş

Birjada əməliyyat etməyi çox asanlaşdıran mobil tətbiq Robinhood Yuri Milyer tərəfindən 11 milyon dollar yatırım aldığını təsdiqlədi. Bununla da tətbiqin bazar dəyəri 1.3 milyard dollara çatdı. Mobil telefonlarla birjada komissiyasız əməliyyat etməyi təmin edən tətbiq sürətlə böyüməyə davam edir.

Robinhoodun verdiyi məlumata görə tətbiqin 2 milyon aktiv istifadəçisi var. Tətbiq vasitəsilə indiyə kimi 50 milyard dollarlıq ümumi əməliyyat həyata keçirildi və istifadəçilərə yarım milyard dollar qazandırdı.