Birja nədir?

Date:

Paylaş:

Birja nədir?

Birja Açıq Səhmdar Cəmiyyətlərinin səhmlərinin ticarətinin edildiyi, şirkət səhmlərinin alınıb satıldığı bazar olaraq ifadə edilir. Birjalarda səhmlər alınıb satılaraq, alış-veriş arasındakı qiymət fərqindən qazanc əldə edilir.

İnvestorlar üçün birjanın funksiyası alış-veriş edərək qazanc əldə etməkdirsə, səhmlərini paylayan şirkət üçün birja sərmayə mənbəyi meydana gətirmək funksiyasını yerinə yetirir. Məsələn, bir şirkət yeni bir layihə üçün sərmayəyə ehtiyac duyursa hissələrini birjalarda satışa çıxarır.

Bir çox insan birjayla forexi qarışıq salırlar. Lakin forexlə birja arasında fərqlər çoxdur. Bu barədə saytımızdakı Birja ilə Forex arasındakı fərqlər adlı məqaləmizdən oxuya bilərsiniz.

Birjada pulu necə qazanırlar?

Ümumiyyətlə birjada pul qazanmağın əsas məntiqi qiyməti aşağı olan zaman alıb, qiymət yüksələn zaman satmaq ve aradakı qiymət fərqindən pul qazanmaqdan ibarətdir.Səhm seçimi, onların analiz edilməsi isə bir müddətdən sonra hər sərmayəçinin özü üçün yaratdığı strategiyadan asılıdır. Forexdən fərqli olaraq birjada kredit çiyni anlayışı yoxdur.

Birja risklidirmi?

Hər investor öz maliyyə vəziyyətini yaxşı analiz etməli və vəsaitinin böyük qisimi ilə riskə getməməlidir. Belə bir qayda var ki investorlara vəsaitlərinin 70 faizini risksiz investisiya vasitələrində 30 faizini isə riskli hesab etdikləri investisiya vasitələrində qiymətləndirməsi tövsiyə edilir. Təbii ki sizin maliyyə vəziyyətiniz və risk haqqında düşüncənizdən asılı olaraq birjanın riskli olub olmadığı dəyişir. Yenə də vəsaitinizin böyük bir hissəsini riskə atmaq sizin üçün böyük məbləğdə itki ola bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...