Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Bird” rəqib Circ xidmətini alır

“Bird” rəqib Circ xidmətini alır

39
Paylaş

Amerikanın elektrosamokatlar icarəyə verən xidməti “Bird” rəqibi “Circ” şirkətini almasını elan edib. Əməliyyatın məbləği açıqlanmır.

Nəticədə Circ xidmətinin təxminən 300 əməkdaşı Bird-ə keçəcək. Kollektivin əsas hissəsi Berlində yerləşir.

The Verge təsdiqləyir ki, əməkdaşlıq gəlirli biznes-model axtarışına yönəlib.

Qeyd edək ki, bu, Bird xidmətinin ilhaq etdiyi ikinci rəqib şirkətdir. Belə ki, 2019-cu ilin əvvəlində Bird digər rəqib xidməti Scoot-u 25 mln. dollara alıb.