Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Birdəfəlik plastiklər də qadağan ediləcək

Birdəfəlik plastiklər də qadağan ediləcək

377
Paylaş

Avropa Birliyi tərəfindən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların qadağan edilməsi istiqamətində işlər davam edir.

Artıq bununla bağlı Avropa Parlamentinə müraciət edilib və ikitərəfli razılıq əldə edilib. Yeni razılığa əsasən, 2021-ci ildən etibarən AB-yə üzv ölkələrdə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklər qadağan ediləcək. Bu isə o deməkdir ki, AB ölkələrində plastik çöpdən ibarət olan qulaq pambıqları, plastik çəngəl, bıçaq, qaşıq və qab dəstləri də qadağan ediləcək.

AB-yə üzv ölkələr 2025-ci ildən etibarən isə plastik şüşələrin 25/100-nu, 2020-cu ildə isə 30/100-nu təkrar istehsal üçün geri qaytarmalı olacaq.

Artıq AB ilə AP arasında əldə edilən razılığın rəsmi olaraq qüvvəyə minməsi isə səsvermənin nəticələrindən asılıdır.