Bir zamanlar uğursuz olmuş türk iş adamları

Date:

Paylaş:

“İnsanların uğursuzluqlar üzərində düşünərək israf etdikləri zaman məni həmişə heyrətə gətirib. Uğursuzluq əsla pis bir təcrübə deyil. Uğur qazanmaq üçün ən yaxşı dərslərdən biridir!” – Richard Branson

Hər zaman uğur hekayələri yazmışıq! İndi isə bəzi iş adamlarının həyatında baş verən uğursuzluq hekayələrinə nəzər salaq. Uğursuzluq hekayələri də ən az uğur hekayələri qədər iş qurmaq istəyən insanlara motivasiya verir. Çünki bu gün uğur qazanmış insanların əksəriyyəti bir zamanlar uğursuzluğa düçar olsalar da əsla yollarından dönməyiblər. Əksinə getdikləri yolda daha da inamlı addımla irəliləyiblər.

Davut Doğan, Doğtaş Mobilya’da qazandığı uğuru sınadığı digər işlərdə qazana bilmədi. Kolbasa işi bunlardan biri idi.

Doğan, bu hekayəni belə danışır:

“1992-ci ildə düşünürdüm ki, hansı biznesi qurmaq olar. Dostlarımdan biri ‘Kolbasa fabriki yaradaq’ təklifini etdi. Şirkəti qurduq, soyuducuları aldıq, maşınları aldıq, sərmayəni qoyduq, kolbasaları çıxarmağa başladıq. Yük maşınları ilə İstanbula göndərdik.

Ancaq “Evdəki hesab bazarla düz gəlmədi.” Biz göndərən zaman kolbasalar 1000 kq idi. İstanbula çatanda 800-900 kq-a düşmüşdü. İlk dəfə orada öyrəndik: Kolbasanın bir müddətdən sonra suyu çəkilir və kilosu düşürmüş.

Hava gözəl olduğu üçün, sosiskaları çöldə təbii şəraitdə qurutmaq istədik. Sosiskalar düzəlmək əvəzinə daha da korlandı. Məşhur bir kolbasa markasının təqaüdçü ustasını tapıb işin başına gətirdik. Yenə olmadı.

Daha sonra 1994-cı ilin böhranı başladı. Faizlər yüksəldi, zərərimiz daha da artdı. Avtomobili satdıq, fabriki bağladıq. Əlimizdə 2 soyuducudan başqa heç bir şey qalmamışdı… ”

Ahmet Zorlu: “Hesaba baxdım, 10 min lira zərərdəyəm. Qorxumdan atama nə cavab verəcəyimi bilmirdim?”

“15 yaşında ilk işimi qurdum. Yaşıdlarım küçədə top oynayan zaman mən Babadağdan çıxdım və heç tanımadığım bir yer olan Trabzonda dükan açdım.

Heç vaxt unutmuram 1960-cı il idi. İşlər çox yaxşı idi. 700 min lirəlik məhsul satmışdım. Sevincdən uçurdum. Lakin ilin sonunda balans hesabatına baxdım 10 min lirə zərərdəyik. Məni bir qorxu aldı, atama nə cavab verəcəkdim? O gün orada hər şeyi buraxıb geri qayıda bilərdim amma etmədim. Uğursuzluqdan dərs çıxardım. Satış taktikamı dəyişdim. Dükanda satılmayan malları həftə sonları bazarda sataraq bu zərəri bağladım.

Həqiqətən alınmırsa imtina etməyi də bilmək lazımdır. Təbii ki əvvəl çalışmalı, görəcəyin işi yaxşıca öyrənməlisən.

Keçmişdə Zorlu Qrupu olaraq da müvəffəqiyyətsiz işlərimiz oldu. Məsələn Rusiya bazarına enerji sahəsində yatırımlarımız oldu. Çox çox səy sərf etdik amma məhsuldar nəticələr ala bilmədik. Hər bazarın fərqli dinamikası var və bu bəzən sizin strukturunuza uyğun gəlmir. Bu bizim üçün əhəmiyyətli bir dərs oldu. Daha əvvəl səhiyyə sektoruna proqram mövzusunda yatırımımız oldu. Təcrübəsiz olduğumuz bir sahədə uğurlu olmayacağımızı anladıq və dayandıq.

Müvəffəqiyyətsizliklərdən çıxardığım bir çox dərs oldu, onları da iş həyatım boyunca istifadə etdim.  ”

MV Holdinq İdarə heyəti Başçısı Murat Vargı : “Köpək balığı işində səhv etdim” 

“1980-ci illərin əvvəlləri rəhmətlik prezident Turqut Özalın çıxartdığı 24 Yanvar qərarından sonra Türkiyə iqtisadi siyasət olaraq ixracat yönümlü strategiya yürütməyə başladı. Almanlar bizdən köpək balığı istədilər.

O vaxtlar Mərmərə dənizində biz bildiyimizə görə köpək balığı mövcud idi. Ancaq yerli bazarda tələb olmadığından balıqçılar tutmurdu. Biz balıqçıları təşkil etdik. Bir tır dolusu balığı soyuq havada təmizlədib Almaniyaya yolladıq. Ancaq alman şirkəti balıqların xarab olduğunu söylədi və pulumuzu ödəmədi.

Tırın qapısını açanda balıqların xarab olduğunu və iy verdiyini söylədilər. Ancaq bizim əlimizdə İsveçrə şirkətindən aldığımız keyfiyyət nişanı var idi. Vəkilimizin köməkliyi ilə pulumuzu ala bildik. Buna baxmayaraq bu biznesi yarıda buraxdıq. Ancaq Türkiyədən köpək balığı ixrac edən ilk şirkət biz olduq.

Uğursuzluğun səbəbi olaraq deyə bilərəm ki yeni bir iş idi və təcrübəmiz yox idi. Sektor da yeni idi. İstehsal prosesindən kifayət qədər məlumatımız yox idi. Bu hadisə bizə bir dərs oldu.”

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...