Əsas səhifə Xəbərlər Bir ildə dollar satışı 80 faiz artıb – İNFOQRAM

Bir ildə dollar satışı 80 faiz artıb – İNFOQRAM

252
Paylaş

“Bizplus”xəbər verir ki, 2018-ci ilin dekabr ayında valyuta hərraclarında 677,1 mln. dollar satılıb, bu isə noyabr ayındakı göstəricidən 23 mln. manat və ya 3,52% çoxdur.

Aylıq artımda belə bir fərqin yaranmasına səbəb dekabr ayında manatın devalvasiyası ilə bağlı ajiotajın təsiridir. Bundan başqa, ilin son ayında idxal əməliyyatları üzrə ödənişlər həyata keçirildiyindən valyutaya tələb artır və ona görə də satış göstəricisi yüksəlir. Həmçinin, il sonunda Neft Fondu da büdcə qarşısında öhdəliklərini tam bağlamaq məqsədilə bazara daha çox valyuta çıxarır.