Bir gündə 6.24 milyard dollar qazanıb

Date:

Paylaş:

Amazon səhmlərində dünən baş verən yüksəliş, Amazon-un təsisçisi və İcraçı direktoru Cef Bezosa (Jeff Bezos) 6.24 milyard dollar qazandırıb. Bezos beləliklə, dünyanın ən varlı insanı olan Microsft-un qurucusu Bill Qeytsə (Bill Gates) bir addım da yaxınlaşıb.

Gözləntilərdən daha yaxşı çıxan maliyyə göstəriciləri nəticəsində Amazon-un səhminin qiyməti 7% bahalaşıb. “Marja” xəbər verir ki, nəticədə şirkətin banisi Bezosun sərvəti əhəmiyyətli dərəcədə artıb.

“Bloomberg Milyarderlər” indeksinə görə Bezosun sərvəti 6.24 milyard dollar artımla 83.5 milyard dollara qalxıb. Beləliklə Bezos, 88 milyard dollarla birinci yeri tutan Microsft-un qurucusu Bill Gates ilə aradakı fərqi 4.5 milyard dollara azaldıb.

Texnologiya liderləri dünyanın ən varlı  insanları siyahısında ilk yerləri tuturlar və şirkətləri daha yaxşı performans göstərir. İlk 10 yerin 6-sını texnologiya şirkətlərinin təsisçiləri tuturlar.

AMAZON-UN GƏLİRLƏRİ NƏ QƏDƏR ARTIB?

Amazon-un üçüncü rüb gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artımla 43,7 milyard dollara yüksəlib. Şirkət, 2016-nın iyul-sentyabr dövründə 32,7 milyard dollarlıq gəlirə çatmışdı.

Ötən ilin üçüncü rübündə 252 milyon dollar xalis mənfəət əldə edən Amazon-un bu ilin eyni dövründəki xalis mənfəəti 1,6 faiz artımla 256 milyon dollar təşkil edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...