Madonna, Rihanna, Justin Bieber… Siyahını daha çox uzatmaq mümkündür. Dünyanın ən çox qazanan və ən çox təqib edilən sənətçiləri. Ancaq artıq musiqinin krallarının taxtı yellənməyə başladı. Klublarda görməyə vərdiş etdiyimiz DJlər artıq öz albomlarını çıxarır və konsertlər təşkil edirlər. Beləcə sənətçilər qədər pul qazanırlar.
Forbes tərəfindən edilən bir araşdırma, DJ’lərin gəlirlərinin yuxarıdakı sənətçilərə yaxınlaşdığını göstərdi. Calvin Harris üçüncü dəfə dünyanın ən zəngin DJ’i oldu. Təşkil etdiyi partilərlə birlikdə Harrisin gəliri 63 milyon dollara qədər yüksəldi. Maraqlı bir həyat hekayəsi də olan Harrisin bu gün bir gecəlik performansının dəyəri 400 min dollara bərabərdir. Şotland sənətçini ikinci sırada Alman DJ Tiesto təqib edir. Tiesto’nun bir illik qazancı 38 milyon dollara qədərdir. Fransız DJ David Guetta isə 28 milyon dollarlıq qazancıyla özünə üçüncü sırada yer tutur.
Ən çox qazanan 10 DJ:
Calvin Harris – 63 milyon dollar
Tiesto – 38 milyon dollar
David Guetta – 28 milyon dollar
Zedd – 24.5 milyon dollar
Steve Aoki – 23.5 milyon dollar
Diplo – 23 milyon dollar
Skrillex – 20 milyon dollar
Kaskade – 19 milyon dollar
Martin Garrix – 16 milyon dollar
Dimitri Vegas & Like Mike – 15.5 milyon dollar