“Biq Mak” indeksinə görə Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur

Date:

Paylaş:

Böyük Britaniyanın “The Economist” nəşri ənənəvi “Biq Mak” indeksini açıqlayıb.

“Bizplus.az” xəbər verir ki, bu indeksə əsasən, Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsini 2 dəfədən çox üstələyir. 

Qeyd edək ki, indeks ABŞ-ın “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir. Ekspertlər hesab edir ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında hər bir ölkənin milli valyutasının real dəyərini öyrənmək olar.

Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Biq Mak”ın qiyməti götürülür. Hazırda həmin qiymət 5,6 ABŞ dollarıdır. Əgər hər hansı ölkədə “Biq Mak”ın dollar ifadəsində bundan bahadırsa, deməli, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən aşağı, əgər ucuzdursa, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən yuxarıdır.

Məsələn, hazırda Azərbaycanda “Biq Mak” 3,95 manata və yaxud 2,3 dollara satılır. Bu isə o deməkdir ki, “Biq Mak” indeksinə görə Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...